Bakıda özünə iynə vuran həkim şoka düşərək ölüb.
“Qanunla.az” “Report”a istinadən xəbər verir ki, hadisə Sabunçu rayonunun Bakıxanov qəsəbəsində qeydə alınıb.
Belə ki, 1996-cı il təvəllüdlü Əlizadə Qəmbər Dilavər oğlu özünə antibiotik vurub.
İynənin əks təsirindən həkim işləyən Qəmbər Əlizadə şok vəziyyətinə düşüb.
Onun həyatını xilas etmək mümkün olmayıb.