image-qanunla-reklam
image-1614755485_tecavuz

Bakıda polis rəisinin sürücüsü 11 yaşlı qıza təcavüz etdi

image-lady-day-az

Bakıda 41 yaşlı kişi azyaşlı qıza qarşı əxlaqsız hərəkətlər etdiyinə görə məsuliyyətə cəlb edilib.

Qanunla.Az  Oxu.Az-a istinadən xəbər verir ki, hadisə bir neçə ay əvvəl baş verib.

İş üzrə zərərçəkmiş uşaq Səbail rayonunda yerləşən məktəblərdən birinin 11 yaşlı şagirdidir.

Hadisə Bakının mərkəzində – Xaqani küçəsində baş verib. Zərərçəkmişin atasının şikayəti əsasında təqsirləndirilən şəxs həbs edilib.

R.M. barəsində Cinayət Məcəlləsinin 153.2-ci (on dörd yaşına çatmayan şəxsə qarşı əxlaqsız hərəkətlər) maddəsi cinayət işi başlanılıb. Ona Səbail Rayon Məhkəməsinin hökmü ilə 1 il 8 ay müddətinə azadlıqdan məhrumetmə cəzası verilib.

R.M. barəsində cinayət işi açılandan sonra o, işdən də çıxarılıb.

R.M. vəzifəsindən azad olunanadək Nəsimi Rayon Polis İdarəsinin 21-ci Polis Bölməsinin rəisi Rəşad Əhmədzadənin sürücüsü olub. R.Əhmədzadə hazırda Nəsimi Rayon Polis İdarəsinin 21-ci Polis Bölməsinin rəisi vəzifəsində çalışır.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki