Bakının Xəzər rayonunda polis əməkdaşının xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Qanunla.Az xəbər verir ki, Binə qəsəbəsində avtomobil yolu keçən polis əməkdaşı, 2001-ci il təvəllüdlü Hüseyn Məhərrəm oğlu Qulamovu vurub.
Yaralı digər polis əməkdaşlarının köməkliyi ilə xəstəxanaya çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.