image-2000_150
image-970_50
image-1551508174_1551502863_1539459247_balta_684backend

Bakıda qadın baltalandı: Ögey qızı və kürəkəni saxlanıldı

image-728_90

25 mart 2021-ci il tarixdə Binəqədi rayon sakini 1979-cu il təvəllüdlü Baxşəliyeva Qərənfil İlyas qızının itkin düşməsi ilə bağlı Binəqədi rayon Polis idarəsinə daxil olmuş məlumat əsasında aparılan araşdırmanın nəticəsi bəlli olub.

Bu barədə Qanunla.Az-a Baş Prokurorluğun və Daxili İşlər Nazirliyinin mətbuat xidmətlərinin birgə yaydığı məlumatda qeyd olunub.

Bildirilib ki, araşdırma zamanı prokurorluq və polis əməkdaşlarının peşəkarlıqla həyata keçirdikləri istintaq-əməliyyat tədbirləri nəticəsində qeyri-aşkar şəraitdə törədilmiş ağır cinayətin “isti izlər”lə açılması təmin edilərək itkin düşmüş Qərənfil Baxşəliyevanın qəsdən öldürülməsi müəyyən edilib.

Araşdırmalarla zərərçəkmişin ögey qızı Günay Məmmədova və onun əri Həmzə Verdiyev ilə aralarında şəxsi münasibətlər zəminində mövcud olan uzunmüddətli mübahisələr səbəbindən sonuncuların 25 mart 2021-ci il tarixdə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs halında birgə yaşadıqları evdə balta ilə çoxsaylı xəsarətlər yetirərək Qərənfil Baxşəliyevanı qəsdən öldürmələrinə və meyitini Qaradağ rayonu ərazisindəki gölməçəyə atmalarına əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Binəqədi rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.1 (bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (təşkilat) tərəfindən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Həmzə Verdiyev və Günay Məmmədova şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

Cinayət prosessual qanunvericiliyinin tələblərinə əsasən, prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, müvafiq ekspertizalar təyin edilib, maddi sübutlar götürülüb, şahidlər dindirilib və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.

Hazırda iş üzrə zəruri istintaq hərəkətləri davam etdirilir.

image-728_90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki