Xətai rayonu ərazisində Bakı şəhər sakini olan bir qadının mobil telefonunun çantasından soyğunçuluq yolu ilə talanması barədə polisə məlumat daxil olub.
Qanunla.az xəbər verir ki, Xətai RPİ 34-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində soyğunçuluq əməlində şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər dəfələrlə məhkum olunmuş Taləddin Əhmədov müəyyən olunaraq saxlanılıb.
Xətai Rayon Polis İdarəsində araşdırma aparılır.