image-qanunla-reklam
image-01-11

Bakıda “rent a car”dan götürdüyü avtomobili narkotikin təsiri altında idarə etdi – FOTO/VİDEO

image-lady-day-az

Suraxanı rayonunda “rent a car”dan götürdüyü avtomobili heroinin təsiri altında idarə edən sürücü Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri tədbir zamanı saxlanılıb.

Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Hövsan qəsəbəsində yaşayan Rəşad Həsənov idarə etdiyi KİA markalı avtomobilin sükanı arxasında olan zaman nəzarət-yoxlama qaydasında saxlanılıb. İlkin sorğu zamanı sürücü avtomobili narkotik maddə olan heroin qəbul edərək idarə etdiyini etiraf edib.

Təyin olunan ekspertiza zamanı Rəşad Həsənovun sükan arxasında narkotik vasitələrin təsiri altında olduğu sübuta yetirilib. Sürücü barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib olunub.

Onun törətdiyi qanun pozuntusuna hüquqi qiymət verilməsi üçün toplanmış material məhkəməyə göndərilib.

Qeyd edək ki, araşdırma zamanı sürücünün avtomobili “rent a car”dan götürdüyü və bundan sonra digər hərəkət iştirakçılarının həyatını təhlükə altına qoyaraq narkotik vasitənin təsiri altında nəqliyyat vasitəsini idarə etdiyi məlum olub.

Bu istiqamətdə polis əməkdaşları tərəfindən ölkə ərazisində tədbirlər davam etdirilir.

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki