image-qanunla-reklam
image-bankomat

Bakıda şəhidin hesabındakı pul oğurlandı

image-lady-day-az

Vətən Müharibəsinin şəhidi Kənan Siyavuş oğlu Qafarovun hesabındakı pul oğurlanıb.

Qanunla.Az  xəbər verir ki, bu barədə şəhidin anası Şəfaqət Qafarova hüquq-mühafizə orqanlarına müraciət edib. Bildirib ki, oğlunun adına olan kartdan 3960 manat pul çıxarılaraq oğurlanıb.

Şəhidin hesabı Beynəlxalq Bankda olub. Oğurluq isə bankın Naxçivanı küçəsi 15-də yerləşən bankamatında baş verib.

Məlumata görə, iş araşdırılması üçün Yasamal Rayon Polis İdarəsinə göndərilib.

Qeyd edək ki, 1996-cı il təvəllüdlü Azərbaycan Ordusunun əsgəri Kənan Qafarov 8 oktyabr 2020-ci ildə şəhid olub. Göyçay rayonunda dəfn olunub. İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Kənan Qafarov ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif edilib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki