Bakının Xətai rayonunda bıçaqlanma hadisəsi qeydə alınıb.
Qanunla.Az APA-ya istinadla xəbər verir ki, hadisə Ağ Şəhər Yaşıl ada küçəsində yerləşən “Pubar” iaşə obyektində qeydə alınıb.
Belə ki, 1994-cü il təvəllüdlü Fərid Vahid oğlu İsmayılov sözügedən obyektdə idman dərsi keçdiyi tələbəsinin döyüldüyü üçün qarşı tərəfə iradını bildirib.
Hələlik naməlum şəxs F.İsmayılovun əvvəlcə başına şüşə butulkanı çırpıb. Daha sonra bıçaqla ona xəsarət yetirilib. Ağır xəsarətlər alan F.İsmayılov Kliniki Tibbi Mərkəzə yerləşdirilib.
Xəstə yerləşdirildiyi tibb müəssisəsində əməliyyat edilib. Həkimlər onun vəziyyətini stabil olaraq qiymətləndirirlər.
DİN-in Mətbuat Xidmətindən bildirilib ki, hadisə ilə bağlı Xətai Rayon Polis İdarəsində araşdırma aparılır. Əlavə məlumat veriləcək.
Qeyd edək ki, Fərid İsmayılov uzun müddətdir ki, müxtəlif idman zallarında idman təlimçisi kimi işləyir. Nərimanov rayonunda onun özünə məxsus “Lux” idman zalı var