Bakının Qaradağ rayonunda taxta emalı sexinin ərazisində ümumi sahəsi 180 m² olan anbarın dam örtüyünün yanar konstruksiyaları 90 m² sahədə və içərisindəki taxta yonqarı 40 m² sahədə yanıb.
Fövqəladə Hallar Nazirliyindən Qanunla.Az-a verilən məlumata görə, anbarın qalan hissəsi mühafizə olunub.
Bakının Səbail rayonunda isə üçmərtəbəli yaşayış binasının zirzəmisində ümumi sahəsi 85 m² olan kafenin mətbəxində 1 ədəd məişət avadanlığı yanıb. Kafe yanğından mühafizə olunub.