Bakı şəhərinin Nərimanov rayonunda yanğın hadisəsi baş verib.
“Qanunla.az” FHN-in saytına istinadən xəbər verir ki, ümumi sahəsi 40 m² olan birmərtəbəli obyektin zirzəmisində fəaliyyət göstərən məişət cihazlarının təmiri sexinin tavanı 20 m² sahədə və qismən içərisindəki əşyalar yanıb. Obyektin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.