Bakıda yaşayış binasında yanğın baş verib.
Fövqəladə Hallar Nazirliyindən “Qanunla.az”a verilən məlumata görə, Bakı şəhərinin Xətai rayonunda doqquzmərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində ümumi sahəsi 45 m² olan 2 otaqlı mənzilin 1 otağında ev əşyaları 5 m² sahədə yanıb, yüksək temperaturdan otağın tavanı və divar kağızı 15 m² sahədə qarsalanıb.
Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.