image-qanunla-reklam
image-isiq-direk

Bakıda yeri görünən işıq dirəkləri: Bərpası üçün… – Foto

image-lady-day-az

Bakının bir çox prospekt və küçələrində qəza zamanı aşmış işıq dirəklərinin yeri uzun müddətdir boşdur.

Qanunla.Az xəbər verir ki, məsələ ilə bağlı Bakı Şəhər İşıqlandırma İdarəsindən Trend-ə verilən açıqlamada dirəklərin xaricdən sifariş edildiyi üçün gətirilməsinin müəyyən qədər vaxt apardığı bildirilib.

“Küçələrdə işıq dirəkləri əsasən yol nəqliyyat hadisəsi zamanı aşır və ya müəyyən ziyan dəyir. Yeni dirəklərin qoyulması və zədələnmiş dirəklərin bərpası üçün müvafiq qurumlar tərəfindən məhkəmə orqanlarına müraciət olunur. İcbari sığorta qaydasında qəzanı törətmiş şəxs tərəfindən dəymiş zərər kompensasiya edilir. İşıq dirəkləri xaricdən sifariş edilir. Bu səbəbdən də gətirilməsi müəyyən qədər vaxt aparır. İşıq dirəkləri aşdığı zaman, içərisindəki naqillərlə bağlı təhlükəsizliyin təmin edilməsi üçün isə həmin yerin üzəri xüsusi qapaqlarla örtülür”, – məlumatda vurğulanıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki