image-qanunla-reklam
image-1687844837_e3228c7e0be386012998cfc5e80160f7

Bakıdan rayona toya getdi, hoteldə öldü

image-lady-day-az

Oğuzda yerləşən oteldə ölüm hadisəsi baş verib.

“Qanunla.az” xəbər verir ki, hadisə Oguz şəhər ərazisində yerləşən “Səma” oteldə qeydə alınıb.

Belə ki, Bakı şəhəri Yasamal rayon sakini 1966-ci il təvəllüdlü Quliyev Sübhan Ağakişi oğlu bu gün səhər oteldə ürəktutmasından vəfat edib.

Məlumata görə, 57 yaşlı S.Quliyev Bakıdan Oğuza toy şənliyində iştirak etmək üçün gəlib. Toydan çıxıb oteldə qalarkən özünü pis hiss edib. Gecə saatlarında hətta ona Təcili Tibbi Yardım çağrılaraq iynə də vurulub. Bu gün səhər otel əməkdaşları onu otağında ölmüş vəziyyətdə aşkar ediblər.

Faktla bağlı araşdırma aparılır.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki