image-qanunla-reklam
image-ordumuz-yeni

Bakının “dəmir yumruğ”u: Zəngəzur dəhlizi üçün…

image-lady-day-az

Naxçıvanda tank əleyhinə hərbi təlimlərin keçirilməsi fonunda bir xəbər diqqət çəkir: Türkiyə yeni hərbi təlimlər keçirmək məqsədilə Ermənistan sərhədinə tank, özüyeriyən artilleriya və zirehli avtomobillər gətirib.

Bu iki ehtimalı önə çıxarır:

– Türkiyə və Azərbaycan “tank müharibəsi” məşqini edir;

– Zəngəzur dəhlizinin gerçəkləşməsi üçün “əzələ nümayişi” göstərir;

Moskvada yenidən üçtərəfli (Azərbaycan, Rusiya və Ermənistan) görüşün keçiriləcəyi haqda məlumatlar var: görüşdə kommunikasiyanın açılması ilə bağlı rəsmi sənədin imzalanacağı və bundan sonra Zəngəzur dəhlizinin açılması istiqamətində real addımların atılacağı gözləniləndir.

Mümkün görüşdən öncə hərbi müstəvidə atılan addımlar təsadüfi deyil və o da mümkündür ki, görüş öncəsi Azərbaycan və Türkiyə ordusu Zəngəzurla sərhəddə növbəti hərbi təlimlər keçirsin: Bakı maraqlarını təmin etmək üçün “dəmir yumruğ”u da özü ilə masaya aparır…


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki