image-970_50
image-1639633906_fotojet-13

Balakən və Zaqatala sakinlərindən odlu silahlar götürülüb – FOTO

image-suni_mayalanma_qiymeti
Balakən Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkarlanması istiqamətində əməliyyat keçirilib.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Qanunla.Az-a verilən məlumata görə, rayonun Püştətala kənd sakini Nikolay Ovçinnikovdan qanunsuz olaraq saxladığı “İJ-16” markalı ov tüfəngi aşkar edilərək götürülüb. Onun barəsində toplanmış materiallar hüquqi qiymət verilməsi üçün məhkəməyə göndərilib.
Zaqatala Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində isə Dardoqqaz kənd sakini Sərvər Ramazanovdan “İJ” markalı müvafiq sənədləri olmayan tüfəng götürülüb.
Polisə müraciət edən şəhər sakini Elçin Davudov isə AK-74 markalı “Kalaşnikov” avtomatını könüllü olaraq  təhvil verib.
Faktlarla bağlı araşdırma aparılır.

image-rek-qanunla-az

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki