image-qanunla-reklam
image-bankrespub4

“Bank Respublika”nın mənfəət və zərər hesabatında əsas göstəricilər azalıb

image-lady-day-az

“Bank Respublika”nın mənfəət və zərər hesabatında əsas göstəricilər azalıb. Bankın xalis mənfəəti 65.5%, əməliyyat mənfəəti isə 67.3% azalıb.

Qanunla.az bankın mənfəət və zərər hesabatına istinadən xəbər verir ki, “Bank Respublika”nın faiz gəlirləri 2022-ci ilin dördüncü rübü ilə müqayisədə 95 milyon 557 min manat və ya 68.9% azlıb. Bankın faiz gəlirləri 43 milyon 31 min manata bərabər olub. Faiz xərclərini də36 milyon 989 min manat azaldaraq 16 milyon 808 min manata endirdiyi üçün bankın xalis faiz gəliri 26 milyon 222 min manat olub. Bu gəlir ötən ilin son rübü ilə müqayisədə 58 milyon 569 min manat və ya 69% azdır.

Qeyri-faiz gəliri 30 milyon 33 min manat və ya 76.5% azalaraq 9 milyon 201 min manata, qeyri-faiz xərcləri isə 66 milyon 521 min manat və ya 73.3% azalaraq 24 milyon 224 min manata enib. Yekunda bankın əməliyyat mənfəəti 10 milyon 747 min manat olub ki, bu da 2022-ci ilin son rübü ilə müqayisədə 22 milyon 182 min manat və ya 67.3% azdır.

Qeyd edək ki, “Bank Respublika”nın xalis mənfəəti 16 milyon 935 min manat və ya 63.5% azalaraq 9 milyon 717 min manata düşüb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki