image-970_50
image-1615277124-hebs

Barəsində cinayət işi açılan bələdiyyə sədrindən XƏBƏR VAR

image-728_90

Xəbər verildiyi kimi, Ağstafa rayonu, Tatlı kənd bələdiyyəsində yol verilmiş qanunsuzluqlarla bağlı daxil olmuş müraciət əsasında rayon prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə başlanmış cinayət işinin ibtidai istintaqı yekunlaşdırılmışdır.

Ağstafa Rayon Prokurorluğundan Qanunla.Az-a verilən məlumata görə, istintaqla müəyyən edilmişdir ki, Tatlı bələdiyyəsinin sabiq sədri Qənbər İsmayılov xidməti vəzifələrinin icrası ilə əlaqədar özü üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz vəzifə səlahiyyətlərindən istifadə edərək 2017-ci ildə ayrı-ayrı şəxslərə hər biri 0,12 ha olmaqla torpaq sahəsi sataraq onları 2006-cı il tarixinə sənədləşdirmişdir.

Qənbər İsmayılov Cinayət Məcəlləsinin 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddəsi ilə təqsirləndilirən şəxs qismində cəlb edilərək barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir.

Hazırda cinayət işi baxılması üçün Ağstafa Rayon Məhkəməsinə göndərilmişdir.

image-728_90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki