İspaniyanın “Barselona” klubu mövsümün sonunda baş məşqçisi Ronald Kumanı istefaya göndərməyi planlaşdırır.
Qanunla.Az “Rac1″ə istinadən xəbər verir ki, 58 yaşlı mütəxəssis 99 faiz ehtimalla yeni mövsümdən komandaya rəhbərlik etməyəcək.
Niderlandlı baş məşqçi yalnız klub rəhbərliyi onu əvəz edəcək şəxs tapmasa, postunda qala bilər.
Qeyd edək ki, Ronald Kuman mövsümün əvvəlində baş məşqçi təyin edilib. Onun Kataloniya təmsilçisi ilə müqaviləsi 2022-ci ildə başa çatmalıdır. “Barselona” La Liqada sona bir tur qalmış çempionluq şansını itirib.