image-qanunla-reklam
image-1625575575-60e447295a4c760e447295a4c8162557316160e447295a4c560e447295a4c6-1

“Barselona” məhkəməyə verilir

image-lady-day-az

İspaniyanın “Barselona” klubunun sabiq futbolçusu Mateus Fernandes La Liqa təmsilçisini məhkəməyə vermək qərarına gəlib.

Qanunla.Az-ın məlumatına görə, buna səbəb müqaviləyə birtərəfli qaydada xitam verilməsidir.
Lionel Messi üçün sərfəli şərtlərə nail olmaq məqsədilə maaş cədvəlini kiçiltməyə çalışan “Barselona” Mateusu da bu üzdən göndərib. Anlaşması 2024-cü ilin yayına qədər olan braziliyalı həmin dövrədək ödənilməli vəsaiti tələb edir.

Qeyd edək ki, 2019-cu ildə “Botofoqo”dan “Barselona”ya keçən Fernandes ötən il “Valyadolid”də icarəyə verilib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki