image-qanunla-reklam
image-8-1

Baş Dövlət Yol Polisi İdarəsinin keçirdiyi rəsm müsabiqəsinin iştirakçıları mükafatlandırılıblar

image-lady-day-az

 

Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin təşkilatçılığı ilə “Azərbaycan Respublikasında yol hərəkəti təhlükəsizliyinə dair 2019-2023-cü illər üçün Dövlət Proqramı” çərçivəsində “Yol hərəkəti qaydaları uşaqların gözü ilə” adlı rəsm müsabiqəsi keçirilib. Respublikanın bütün bölgələrindən fəal iştirak etmiş məktəblilərin rəsmləri müsabiqəyə təqdim edilib və fərqlənən şagirdlər Baş idarə tərəfindən mükafatlandırılıblar.

Müsabiqədə təltif olunan məktəblilər arasında Şirvan şəhər Kimya-biologiya təmayüllü liseyin şagirdləri Muxtarova Gülay Ramil qızı, Xanbabayeva Aysun Taryel qızı və Salyan rayon 1 saylı məktəb-liseyin şagirdi Salmanova Xədicə Əli qızı da var. Hər üç məktəbli DİN-in Baş Dövlət Yol Polisi İdarəsinin rəisi, polis general-mayoru Ramiz Zeynalov tərəfindən təşəkkürnamə ilə təltif olunub. Onların mükafatları isə müvafiq Şəhər və Rayon Polis Şöbələrinin əməkdaşları tərəfindən təqdim olunub.

Belə ki, Şirvan ŞPŞ-nin DYP Bölməsinin əməkdaşı, polis kapitanı Sadiq Əliyev müsabiqədə fərqlənən şagirdlərin təhsil aldıqları liseylərdə məktəblilərlə görüşərək, onlara mükafatlarını təqdim ediblər. Yeniyetmələri bir daha təbrik edən polis əməkdaşları, onlara təhsillərində uğurlar arzulayıblar.

Görüşlərin sonunda polis əməkdaşları məktəblilərlə xatirə şəkilləri çəkdiriblər.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki