image-qanunla-reklam
image-5f8bd7b7-c51e-365f-9ae8-192dc2a8b1a2_850

Baş Prokurorluq Nərminin qan qrupunun uyğunsuzluğu barədə iddialara münasibət bildirib

image-lady-day-az

Baş Prokurorluq Tovuz rayonunda qətlə yetirilən Nərmin Quliyevanın qan qrupunun uyğunsuzluğu barədə yayılan məlumatlara münasibət bildirib.

Qurumun Mətbuat Xidmətindən  bildirilib ki, kütləvi informasiya vasitələrində və sosial şəbəkələrdə qətlə yetirilmiş azyaşlı Nərmin Quliyevanın qan qrupunun uyğunsuzluğu barədə yayılan məlumatlar əsassızdır:

“Bununla bağlı bildiririk ki, istintaq zamanı məhkəmə-tibb, məhkəmə-genetik ekspertizaları təyin edilmiş və zəruri istintaq hərəkətləri keçirilib. Odur ki, iş materiallarında hər hansı bir ziddiyətli hallar mövcud deyil”.

“Azərbaycanın Baş Prokurorluğu tərəfindən bir daha kütləvi informasiya vasitələri və sosial media nümayəndələrinə müraciət edilərək qeyd olunur ki, məhkəmə istintaqı zamanı dəqiqləşdirilməmiş və ictimaiyyətdə çaşqınlıq yarada biləcək məlumatların yayılması yol verilməzdir!”, – Mətbuat Xidmətindən bildirilib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki