image-qanunla-reklam
image-fizi-rotated-e1638123423818-890x641-1-780x470

Baş redaktorun ailəsi və özü ölümlə hədələnərək evinə basqın edildi

image-lady-day-az
“Hakimiyyət” qəzetinin Baş redaktoru, Hakimiyyet.info.az saytının rəhbəri, Azərbaycan Jurnalistlər Birliyinin üzvü Füzuli Əfqanoğlunun yaşadığı evə dünən axşam ondan 200-300 metr aralıda yaşayan Laçınlı məcburi köçkün, Seymur adlı şəxs tərəfindən basqın edilərək onu və ailəsini öldürülməklə hədələnmişdir. Möbil nömrəsinə vatsapla mesajlar yazaraq Baş redaktoru hədələyən Seymur müxtəlif bəhanələr gətirərək bildirib ki, guya Füzuli Əfqanoğlunun evinə gedən elektrik dirəyi onun hasarına çox yaxındır və təcili həmin dirəyi dəyişdirməsə, Seymur onun işığını və eletrik dirəyini kəsəcək. Füzuli Əfqanoğlu işıq dirəyinin ona heç bir manecilik etmədiyini bildirib və hədələyici zənglərinə cavab verməmək üçün onun mobil nömrəsini bloklamışdır. Bundan qəzəblənən Seymur gecə saatlarında Badamdar qəbiristanlığının aşağısında, Lökbatan ərazisindəki evinə gələrək Baş redaktoru küçəyə, qapısının ağzına çağırmış və əlindəki fənərlə gözünə işıq salıb ona dəmir boruyla gəfildən zərbələr endirmişdir. Baş redaktor həyat yoldaşının qışqıraraq qorxduğunu görüb həyətinə qayıdaraq evə girmişdir.

Şəkillərdə atılan daşların və zədələnmiş yerləin görüntüsü verilib.

Ancaq içkili vəziyyətdə olan Seymur onu aparmağa gələn qonşularına  belə məhəl qoymadan həyətə və evə kücədən daşlar yağdırmış,

F. Əfqanoğlunu bu məhəllədən köçüb getmədiyi təqdirdə öldürəcəyilə hədələmişdir. Həyətə itin qorxusundan girə bilməyən Seymur Baş redaktorun özünə və həyat yoldaşına ağır küçə söyüşləri verməklə onu küçəyə qışqıraraq çağırmışdır. Ailəsinin və özünün həyatının təhlükədə olduğunu görən Füzuli Əfqanoğlu Daxili İşlər Nazirliyinin “102” qaynar xəttinə zəng vurmuş, bir saat sonra Qaradağ rayon 10-cu polis bölməsinin əməliyyatçıları gəlmişlər. Artıq onların gələcəyindən xəbərdar olan Seymur qonşuları və qohumları tərəfindən dartılaraq aparılmışdır. Hadisə yerinə gələn polis əməkdaşları Füzuli Əfqanoğlunu bölməyə dəvət etsələr də, Seymurun evinə getmiş və Seymurun xahişi ilə iki gündən sonra bölməyə gəlməsinə razılaşmışlar. Bu haqda F. Əfqanoğlu DİN-in 102 xidmətinə yenidən məlumat versə də, heç bir tədbir görülməyib. F. Əfqanoğlu bildirir ki, bölmə əməkdaşları nəyinsə hesabına, həmin ərazidə zəbt edərək torpaqlar sataraq imkanlanan Seymurun təkliflərini qəbul etmiş və onu polis bölməsinə aparmamışlar.

 “Mən həyat yoldaşımın qışqırağına həyətə döndüm. O isə məni və ailəmi küçə söyüşləriylə təhqir edərək küçəyə cıxmağa, məni və ailəmi öldürüb həyətdə basdıracağıyla hədələyirdi. Mənə və ailəmə itimizin qorxusundan həyətə girə bilmədiyindən söyərək daşlar atırdı, əlim, ayağım zədələnmişdi. 102-xidmətinə axşam saat 7 radələrində zəng vurduq, 10-cu bölmədən əməkdaşlar gələndə  artıq Seymurun qonşuları yoldaşımın polisə zəngini bilib onu dartaraq aparmışdılar. İçki və ya narkotik preparatların təsiri altında olan Seymurun polis tərəfindən bölməyə gətirilməməsi çox şübhəlidir…”  deyən Füzuli Əfqanoğlu Daxili İşlər naziri cənab Vilayət Eyvazova və Baş Prokuror cənab Kamran Əliyevə müraciət etdiyini bildirib.

Hadisənin nəticəsi barədə oxuculara məlumatla veriləcək.

Rəşad Əkbəroğlu,


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki