image-qanunla-reklam
image-1640149194_258d3ea7-11ee-4cdb-9677-267eeda88cdd

“Başıma bir iş gəlsə ağlamayın”…- Şəhidin son sözləri // VİDEO

image-lady-day-az

“DogruXeber.az” xxəbər verir ki, 20.12.2020-ci il tarixində 44 günlük zəfər tarixini əsrlər boyu yaşamağı bizə nəsib edən daha bir şəhidimiz Elçin Bağırovun anım günü mərasimi keçirilib.

Tədbirə şəhidin dəfn olunduğu ll fəxri xiyabanda Azərbaycan respublikasının himni ilə start verilib.

Bağırov Elçin 1989-cu ildə Ağdam rayonunda anadan olub. Evli idi. 4 körpə övladı var.

2020-ci ilin sentyabr ayında Ali baş komandanın əmri ilə səfərbərlik elan edilən kimi, könüllü olaraq cəbhəyə yollanan 4 körpə atası Elçin Bağırov yola düşərkən, anasına son sözü – “başıma bir iş gəlsə ağlama, ana” kəlimələri oldu.

Döyüş yoldaşlarının sözlərinə görə Elçin döyüşlər zamanı böyük qəhrəmanlıq və fədakarlıq göstərmişdir. O yaralı olsa da döyüş meydanından geri çəkilmədi. Yarasından axan qanının son damlasına qədər vuruşdu.

Elçin Bağırov kimi minlərlə oğullar son nəfəslərinədək tutduqları haqq yolundan geri çəkilmədilər. Nəhayət ki, qanları, canları bahasına qalib olmağı, 30 illik utancdan və həsrətdən, əsarətdən qurtulmağı və eyni zamanda bütün Azərbaycanımızı xilas etməyi bacardılar.
Ölümün gözünə dik baxaraq, bacardılar

Bundan sonra da illlər, əsrlər boyu Azərbaycan var olduqca, qeyrətli vətən oğulları da yaşayacaq.

Onlar, indiki, gələcək nəsillərin ürəyində, anaların duasında, məktəblilərin dərsliklərində, şairlərin şeirlərində, mahnılarda, rəssamların əsərlərində əbədi yaşayacaqdır.

Allah bütün şəhidlərimizə rəhmət eləsin, qazi və veteranlarımıza can sağlığı versin.

Amin.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki