image-970_50
image-haci-zeynalabdin-tagiyev-2-1

Başmaqçı ailəsindən çıxan milyonçumuz – Faktlar

image-728_90

Bu gün Azərbaycanın məşhur milyonçularından olan Hacı Zeynalabdin Tağıyevin (1823-1924) anım günüdür.

Qanunla.Az  H.Z.Tağıyevlə bağlı maraqlı faktları təqdim edir:

Taleyi ilə barışmayan Zeynalabdin

Hacı Zeynalabdin Tağıyev 1823-cü ildə (bəzi mənbələrdə 1836 və ya 1838-ci il) Bakıda kasıb, başmaqçı ailəsində anadan olub. Anası Ümmü xanım Zeynalabdinin 10 yaşı olanda vəfat edib. Atası onu bənna yanına usta köməkçisi işinə qoyub. 12 yaşına çatanda Zeynalabdin artıq daş yonurdu, 15 yaşında isə bənnalıq etməyə başlayır.

Müəyyən qədər vəsait toplayan Tağıyev 20 yaşında ev tikintisi və daşyonma işləri təşkil edirdi.

1870-ci ildə Tağıyevin artıq iki qazanxanadan ibarət kerosin zavodu var idi. Kerosin zavodu ilə yanaşı o, sonradan “H.Z.Tağıyev” şirkətini də yaradır.

Hacının neft və milyonlar səltənəti

Bakı ətrafındakı kəndlərdə torpaqlar Rusiyadan və xaricdən gəlmiş sərmayədarlar tərəfindən alınıb, neft buruqları ucaldılırdı. Bu, Hacını da maraqlandırır və podratçılığı buraxaraq, neft işinə başlayır.

1872-ci ildə neftli torpaqlar hərraca qoyulduqda Tağıyev də torpaq payı icarəyə götürür. Ümidini heç zaman itirməyən Tağıyev, nəhayət, arzusuna çatır. Götürdüyü torpaqdan neft fontan vurur. “H.Z.Tağıyev” adlandırdığı neft şirkətini qeydiyyata aldıran Zeynalabdin mədənində ustalara yüksək maaş verir, ən yeni avadanlıq quraşdırır. Nəticədə onun gəlirləri sürətlə artmağa başlayır. Bundan sonra o, həm də neft zavodları alır.

1882-ci ildə Tağıyev 1-ci gildiya tacir rütbəsinə layiq görülür. 1896-cı ildə onun neft şirkəti hasilatda ən yüksək göstəriciyə nail olur: 32 milyon pud neft hasil edir.

Hacı Zeynalabdin Tağıyev 1901-ci ildə 300 min manat vəsait sərf edərək, Bakıda ilk qızlar məktəbini tikdirir. Bu, bütün Zaqafqaziyada yeganə qızlar məktəbi idi.

Kasıb gəldiyi dünyadan kasıb köçən milyonçu

Sovet Rusiyasının Azərbaycanı işğal etməsindən (28 aprel 1920-ci il) sonra vəziyyət kökündən dəyişir. İnsanların mülkiyyəti əlindən alınır, milli kadrlar və ziyalılar təqib edilir, hər şey Sovet quruluşunun maraqlarına yönəlir.

Yeni hakimiyyətin rəhbərlərindən olan Nəriman Nərimanovun göstərişi ilə Tağıyevə mülk seçmək imkanı verilir. O özünün artıq əlindən alınmış keçmiş mülklərindən yalnız Mərdəkandakı bağ evini seçir.

Hacı Zeynalabdin Tağıyev 1924-cü il sentyabrın 1-də, axşam 8-in yarısında 101 yaşında vəfat edir və sentyabrın 4-də dəfn edilir.

image-728_90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki