image-qanunla-reklam
image-1633724140-gurcu-1633723157

Batumidə dağıntılar altından bir nəfərin meyiti tapıldı

image-lady-day-az

Gürcüstanın Batumi şəhərində çökmüş yaşayış binasının dağıntıları altından bir nəfərin meyiti tapılıb.

Qanunla.Az xəbər verir ki, bu barədə Gürcüstanın daxili işlər naziri Vaxtanq Qomelauri məlumat verib.

Onun sözlərinə görə, dağıntıların altında 10 nəfərin qaldığı ehtimal edilir. Onların arasında 2-3 uşaq ola bilər. Nazir axtarış-xilasetmə işlərinin bütün gecə və sabah da davam etdiriləcəyini bildirib.

Qeyd edək ki, Batuminin 26 May küçəsində yerli vaxtla saat 12:00 radələrində beşmərtəbəli yaşayış binasının bir hissəsi çöküb. Axtarış-xilasetmə işlərinə 300-dək xilasedici cəlb edilib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki