image-970_50
image-eliyev-lukashenko

Batyanın Bakı səfəri: Belarus Türk Şurasına doğru…

image-728_90

Bayden-Putin qarşıdurmasından nəsibini alacaqlar siyahısında ilk sıralarda olan Batya çətin vəziyyətə düşüb.

Bayden təzyiqi, Putin Rusiya-Belarus “birləşməsi”ni ehtiva edən “dərin inteqrasiya”nın gerçəkləşməsi tələbini artıracaq. Xüsusilə Donbasdakı gərginlik fonunda Moskva Belarus planını tezləşdirmək niyyətindədir. Son seçkilərdə yaşananlar isə göstərdi ki, belaruslar rus xəttinə müsbət baxmırlar və bu, ABŞ üçün müdaxilə imkanı yaradır.

Rusiya və ABŞ arasında qalan Lukaşenko üçün hər iki seçim “sağ qalmaq” perspektivi vəd etmir.

Və Batya üçüncü seçim axtarışındadır: türk yolu…

Lukaşenkonun ilk xarici səfərini (Rusiyadan sonra – red.) Bakıya etməsinin əsas hədəfi Türk Şurasına üzv (ilkin mərhələdə müşahidəçi kimi) olmaqdır:

1. “Rus ittifaq”larında yer alan türkdilli ölkələrin Türk Şurasına üzv olması Minsk üçün presedent yaradır;

2. Lukaşenko Bakı və Ankara üzərindən Qərblə münasibətlərini düzəltmək, ən azından təzyiqləri zəiflətmək şansı əldə edə bilər;

3. Rusiyanın “dərin interqsiya” tələbini geri çevirmək, ən azından təxirə salmaq üçün Moskvaya alternativinin olduğu mesajını verir;

4. Rusiyaya qarşı beynəlxalq çağırışlar fonunda Moskvanın yanında görünmək istəmir;

5. Qarabağ müharibəsindən sonra, daha doğrusu, yeni geosiyasi reallıqda yüksələn türk birliyinin qapısı Batya üçün “sağ qala bilmək” seçimidir.

Bu kontekstdə Ərdoğanın dediyi “tam və müşahidəçi qismində Türk Şurasına qatılmaq istəyən ölkələr” arasında Belarusun da olduğu ehtimalı böyükdür.

Əliyevlə Lukaşenkonun qeyri-rəsmi görüşündən çəkilmiş foto isə özündə çox şeyi ifadə edir.

image-728_90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki