Çempionlar Liqasının qrup mərhələsinin 6-cı turu çərçivəsində “Bavariya” – “Barselona” matçı azarkeşsiz keçiriləcək.
Qanunla.Az Kataloniya klubunun saytına istinadən xəbər verir ki, buna səbəb Almaniyada yeni məhdudiyyətlər və Bavariyada koronavirus yoluxanlarının sayının artmasıdır.
Qeyd edək ki, sözügedən qarşılaşma dekabrın 8-də baş tutacaq.