image-qanunla-reklam
image-1718000836-199614_wve9kz34y3

“Bavariya” rəhbərliyi Mbappenin “Real”a keçidini tənqid etdi

image-lady-day-az

“Bavariya”nın idman direktoru Maks Eberl hücumçu Kilian Mbappenin “Real”a keçidinə münasibət bildirib.

Qanunla.Az xəbər verir ki, o, Mbappenin keçidi üçün milyonlarla pul xərcləndiyini deyərək bu transferi tənqid edib:

“Bəlkə də siz pula həris bir insansınız. Lakin pula həris insanlar tədricən futbolun tabutuna mismar olacaqlar.  Söhbət yüz milyonlardan gedir. Əvvəllər klublar transferlərdən faydalanırdı. Pul dövriyyədə qalırdı, indi faydalı transferlər getdikcə azalır”.

Mbappe Madrid təmsilçisində 9 nömrəli formada çıxış edəcək. 25 yaşlı hücumçu PSJ ilə 6 qat Fransa çempionudur. O, ölkəsinin milli komandası ilə birlikdə 2018-ci ildə dünya çempionu olub.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki