image-qanunla-reklam
image-bayden-yeni

Bayden benzini ucuzlaşdırmaq üçün hərəkətə keçdi

image-lady-day-az

Benzinin qiymətinin baha olması təkcə ABŞ-da deyil, bütün dünyada problemdir.

Qanunla.Az xəbər verir ki, bu sözləri ABŞ Prezidenti Co Bayden deyib.

“Benzinin qiyməti Avropa və Asiyada rekord həddə çatıb. Fransada bir qallon (3.7 litr) benzinin qiyməti 7 dollar, Yaponiyada isə 5.5 dollar təşkil edib. ABŞ-da isə bir qallon benzinin orta qiyməti 3.4 dollardır”, – Bayden bildirib.

ABŞ prezidentinin sözlərinə görə, əvvəllər qiymət artımları daha ciddi olub.

“Biz bunu 2012-ci ildə, benzinin qiyməti 3,90 dollar həddinə çatanda və 2014-cü ildə, 3,69 dollar olanda gördük. Əsas odur ki, biz həmişə bu partlayışlardan keçirik. Və bunun öhdəsindən gələcəyik”, – Bayden qeyd edib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki