image-qanunla-reklam
image-a5a76e96-32db-32f5-a6c8-64d499d12d29_850

Bayden oktyabrın sonunda Vatikana səfər edəcək

image-lady-day-az

ABŞ Prezidenti Cozef Bayden oktyabrın sonunda Vatikanda Roma Papası Fransisklə görüşəcək.

Qanunla.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Vatikanın dövlət katibi kardinal Pietro Parolin bildirib.

Onun sözlərinə görə, görüş Ağ Ev rəhbərinin G20 (“Böyük İyirmilik”) sammiti üçün Romaya səfəri çərçivəsində baş tutacaq.

Daha əvvəl ABŞ mətbuatı Cozef Baydenin 30-31 oktyabr tarixlərində Romada keçirilməsi planlaşdırılan G20 (“Böyük iyirmilik”) ölkələrinin dövlət və hökumət başçılarının zirvəsində iştirak etmək niyyətində olduğunu açıqlayıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki