Co Bayden ABŞ prezidenti kimi son səfərini yanvar ayında İtaliyaya edəcək və burada Papa Fransisk, baş nazir Giorgia Meloni və prezident Sercio Mattarella ilə görüşəcək.
Qanunla/az xəbər verir ki, bu barədə Ağ Evin mətbuat xidməti məlumat yayıb.
Bəyanatda deyilir ki , Bayden yanvarın 9-dan 12-dək Romaya səfər edəcək.
“O, həmçinin ABŞ-İtaliya münasibətlərinin möhkəmliyini vurğulamaq üçün İtaliya liderləri ilə görüşəcək, son bir ildə G7-yə güclü rəhbərliyinə görə baş nazir Meloniyə təşəkkür edəcək və dünyanın üzləşdiyi mühüm problemləri müzakirə edəcək”, – deyə mətbuat xidməti bildirib.