image-970_50
image-1603487944_616x321-mustafa-sentop-kimdir-tbmm-baskani-mustafa-sentop-kac-yasinda-nereli-1594140067973

“Bayden “soyqırım” ifadəsini işlətsə də…” – Mustafa Şentop

image-728_90

Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Mustafa Şentop ABŞ Prezidenti Co Baydenin 1915-ci il hadisələrlə bağlı “soyqırım” ifadəsini səsləndirib-səsləndirməyəcəyi ilə bağlı mövqeyini bildirib.

Qanunla.Azın xəbərinə görə, TBMM sədri deyib ki, ABŞ Prezidenti belə bir ifadə işlədərsə, bu, siyasi açıqlama olaraq qəbul ediləcək və hər hansı bir hüquqi əsası olmayacaq: “Türkiyədəki tarixi mövzular əgər siyasi qərarlarla ortaya qoyularsa, Türkiyənin də Amerika tarixinə dair bir qanunverici iclası əhatə edəcək qərarlar verməyə vaxtı var. Bu baxımdan ən utancverici tarix olan ölkələrdən biri də ABŞ-dır”, – deyə M. Şentop bildirib.

M. Şentop onu da qeyd edib ki, erməni tərəfinin tarixi gerçəklərə zidd olaraq qəbul etdiyi və digər ölkələrə də qəbul etdirməyə çalışdığı bu məsələ Türkiyə ilə Ermənistan arasında münasibətlərin normallaşması cəhdlərinə kölgə salır.

image-728_90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki