image-qanunla-reklam
image-bayden-1

Bayden Talibanı hədələdi

image-lady-day-az

ABŞ Əfqanıstandakı diplomatik missiyasının əməkdaşlarının təhlükəsizliyinin təmin edilməsi üçün bu ölkəyə 5 min hərbçi göndərib.

Qanunla.Az xəbər verir ki, bu barədə ABŞ rəhbəri Cozef Bayden bildirib.

O qeyd edib ki, bununla bağlı qərar kəşfiyyatçıların, hərbçilərin və siyasətçilərin tövsiyəsi əsasında qəbul edilib.

Bayden eyni zamanda, Talibanı hədələyib. Ağ Ev rəhbəri qeyd edib ki, ABŞ Əfqanıstandakı diplomatik heyətini təhlükə altına qoyan istənilən addıma hərbi əməliyyatla cavab verəcək.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki