image-qanunla-reklam
image-xamenei

Bayden Xameneiyə sanksiyaları ləğv edir? – NBC

image-lady-day-az

Bayden administrasiyası nüvə razılaşması çərçivəsində İranın Ali lideri Əli Xameneiyə qarşı sanksiyaların ləğvi imkanlarını nəzərdən keçirir.

Qanunla.Az xəbər verir ki, bu barədə NBC televiziyası məlumat yayıb.

Məlumata əsasən, bu məsələ artıq ABŞ-ın nüvə razılaşmasına qayıtmasıyla bağlı Vyanada aparılan danışıqlarda müzakirə edilib. Üstəlik, televiziya bunun ABŞ-ın Tehrana təklif etdiyi razılaşma paketinin bir hissəsi olduğunu bildirib.

Qeyd edək ki, ABŞ Xameneiyə qarşı 2019-cu ildən sanksiya tətbiq edir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki