image-qanunla-reklam
image-1626070357_bayden-putin-yeni

Baydenin Putinə vədi üzə çıxdı: Kiyevə təzyiq edilir

image-lady-day-az
Qərb Minsk razılaşmasının reallaşması məsələsində Rusiyanın tərəfinə keçir.
Qanunla.Az xəbər verir ki, bunu Rusiya Prezidentinin keçmiş müşaviri Andrey İllarionov deyib.
ABŞ-la Rusiya prezidentlərinin son görüşünə toxunan İllarionov tərəflərin Minsk razılaşması barədə razılaşdığını və bu şərtləri Ukraynanın icra etməli olduğunu söyləyib:
“Nuland izah etdi ki, Minsk razılaşması onlar üçün Luqansk və Donetskə siyasi muxtariyyətin verilməsi anlamına gəlir. Əslində bu təklif Putin tərəfindən Baydenə irəli sürülüb və güman ki, nə o, nə də Nuland buna etiraz edib. İndi Qərb Minsk razılaşmasında muxtariyyət bəndi olmamasına rəğmən bu mövqeyi dəstəkləyir”.
İllarionov bu mövqeyi Almaniya kansleri Angela Merkelin də dəstəklədiyini və Vaşinqtonun bunun üçün Ukraynaya təzyiq etdiyini söyləyib.

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki