image-qanunla-reklam
image-tramp-bayden

Baydenin Rusiyaya zərbə qərarı: Tramp ləğv edəcək?

image-lady-day-az

ABŞ-ın yeni Prezidenti Donald Tramp sələfi Co Baydenin Rusiya ərazisinə Amerika silahları ilə zərbə endirmək qərarına yenidən baxa bilər.

Qanunla.Az xəbər verir ki, bu barədə TASS-a Trampın keçid komandasının nümayəndəsi bildirib.

“Demək olar ki, hər şeyin nəzərdən keçiriləcəyini təxmin edirəm. Birləşmiş Ştatların istənilən məqamda yalnız bir prezidenti olur. 2025-ci il yanvarın 20-si günortayadək (Donald Trampın andiçməsinə qədər) bu prezident Co Baydendir. Raketlərdən istifadə etmək qərarını o verib. Lakin prezidentin dəyişməsinə çox vaxt qalmayıb”, – o bildirib.

Qeyd edək ki, “Nyu York Tayms” Baydenin Ukraynaya ATACMS raketləri ilə Rusiyanın dərinliklərinə zərbə endirmək icazəsi verdiyi haqda məlumat yayıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki