image-970_50
image-fotojet-2021-12-21t103817-753

Baydenlə yaxın təmasda olan Ağ Ev əməkdaşı koronavirusa yoluxdu

image-suni_mayalanma_qiymeti

ABŞ Prezidenti Co Baydenlə yaxın təmasda olan Ağ Ev əməkdaşı koronavirusa yoluxub.

Bu barədə ABŞ liderinin mətbuat katibi Cen Psaki danışıb.

Onun sözlərinə görə, sözügedən əməkdaş dekabrın 17-i prezidentin təyyarəsində onunla təmasda olub.

“Bazar ertəsi səhər saatlarında orta ranqlı əməkdaşın COVID-19 testinin cavabı müsbət oldu. Bundan üç gün əvvəl həmin əməkdaş bir nömrəli bortda prezidentin yaxınlığında təxminən 30 dəqiqə keçirib”,  – deyə o bildirib.

Cen Psaki qeyd edib ki, son günlərdə Co Bayden iki dəfə test verib və onların hər ikisinin cavabı mənfi çıxıb. Prezident növbəti dəfə çərşənbə günü test verəcək.

image-rek-qanunla-az

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki