Xəbər verdiyimiz kimi, ötən gün Nizami rayon İcra Hakimiyyəti başçısının köməkçisi Rauf Mehdiyev intihar edib.
“Qanunla.az” bildirir ki, Rauf Mehdiyevin atası, Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin Nizami rayon şöbəsinin sədri Məhi Mehdiyev “Unikal”a açıqlamasında oğlunun intihar etməsinin səbəbini bilmədiyini qeyd edib:
“Məni yandıran odur ki, Raufun heç bir problemi, dərdi, çatışmazlığı, zərərli vərdişləri yox idi. Gedib mağazadan bazarlıq edib, sonra kəndir alıb və özünü asıb. Raufun səbəbsiz intiharı mənim belimi qırdı”, – deyə o bildirib.
Qeyd edək ki, Rauf Mehdiyev 2021-ci ildən Nizami rayon icra Hakimiyyəti Başçısının köməkçisi işləyib. O, ötən gün Abşeron rayonunun Məhəmmədi kəndində dəfn edilib.