Beynəlxalq Cinayət Məhkəməsinin (ICC) prokuroru Kərim Xan “Taliban” lideri Heybətullah Axundzadə və Əfqanıstanın baş hakimi Əbdül Hakim Həqqaninin həbsinə order verilməsini istəyib.
Qanunla.az xəbər verir ki, bu barədə məlumat ICC saytında dərc olunub.
Xan bildirib ki, Axundzadə və Həqqani “gender əsaslı təqib”ə bərabər olan insanlığa qarşı cinayətlərə görə mühakimə edilməlidir. Prokuror yekunlaşdırıb ki, Əfqanıstan nümayəndələri öz hərəkətləri ilə Roma Nizamnaməsini pozurlar.
Əfqanıstanda “Taliban” hakimiyyətə gəldikdən sonra ölkədə qadın vətəndaşlarla bağlı bir sıra məhdudiyyətlər tətbiq edilib.