image-qanunla-reklam
image-gig_neft

BEA-dan Azərbaycanda neft hasilatı barədə proqnoz

image-lady-day-az

Beynəlxalq Enerji Agentliyi (BEA) Azərbaycanda 2021-ci ilin birinci rübü üzrə neft hasilatı proqnozlarını yüksəldib.

Qanunla.Az xəbər verir ki, birinci rübdə Azərbaycanda 0,72 milyon barrel/sutka neft hasilatı proqnozlaşdırılır. Əvvəlki hesabatda bu göstərici 0,7 milyona bərabər idi.

Proqnoza əsasən, Azərbaycanda bu ilin ikinci rübündə neft hasilatı sutkada 0,71 milyon barrelədək azalacaq, üçüncü rübdə isə 0,73 milyon barrelədək artacaq.

Ümumilikdə, 2021-ci il ərzində Azərbaycanda neft hasilatı 0,72 milyon barrel/sutka həcmində proqnozlaşdırılır.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki