Bərdədə 18 yaşlı qız ailəsi tərəfindən fiziki zorakılığa məruz qalıb.
Qanunla.Az“Qafqazinfo”ya istinadən xəbər verir ki, Bərdə rayon sakini 2003-cü il təvəllüdlü Ə.Yusufova anası Şəlalə İsmayılova və tanışı Ruslan Rzayev tərəfindən yaşadığı evin sanitar qovşağına zəncir ilə dəmir boruya bağlanıb. Hadisədən xəbər tutan qonşular Bərdə rayon Polis Şöbəsinə xəbər veriblər.