image-qanunla-reklam
image-b84fe9e6-2f0d-3ab9-9806-04ffa0421530_850

Bərdədə müalicə aldığı ünvanı tərk edən koronavirus xəstəsi aşkarlanıb

image-lady-day-az

Polis əməkdaşları tərəfindən COVID-19 virusunun yayılmasının qarşısının alınması məqsədilə keçirilən nəzarət-profilaktik tədbirlər zamanı ictimai yerdə bu xəstəliyə yoluxmuş şəxs aşkar edilib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan  verilən məlumata görə, Bərdə Rayon Polis Şöbəsi əməkdaşları tərəfindən keçirilən tədbirlər nəticəsində V.Ağayevin özünütəcrid müddəti bitmədən müalicə aldığı ünvanı tərk etdiyi və şəhər ərazisində olduğu müəyyən olunub.

Həmin şəxs müəyyən edildiyi ərazidən həkimlərin müşaiyəti ilə müalicə aldığı ünvana geri qaytarılıb.

Faktla bağlı araşdırma aparılır.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki