image-qanunla-reklam
image-91c001c3-d69c-3116-9977-791137ead82b_850

Bərdədə müharibə vaxtı dağıdılmış 215 tikilidə təmir-bərpa işləri aparılıb

image-lady-day-az

44 günlük Vətən müharibəsi dövründə Ermənistan Silahlı Qüvvələrinin təcavüzü nəticəsində Bərdədə dağıdılmış 215 tikili təmir-bərpa olunub, 5 yaşayış evi və 1 sahibkarlıq obyekti tamamilə yenidən tikilərək sakinlərə təqdim edilib.

Bu barədə  Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən bildirilib.

Məlumata görə, hazırda 28 tikilinin təmir-bərpası gedir və 1 sahibkarlıq obyektinin tikintisi bitmək üzrədir. Qısa zamanda Bərdə şəhərində işlərin tam yekunlaşdırılması nəzərdə tutulur.

Xatırladaq ki, Bərdə şəhərində Ermənistan Silahlı Qüvvələrinin təcavüzü nəticəsində 5 yaşayış evi və 2 qeyri-yaşayış obyekti dağıdılmış, 240-dan çox yaşayış evi və tikiliyə zərər dəyib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki