image-qanunla-reklam
image-1628141900_d31fc1a0-f015-388e-82ac-fb6cffb3cf28_850

Bərdədə “patı” ilə tutulan şəxsin evlərdən və avtomobillərdən oğurluq etdiyi məlum olub

image-lady-day-az
Bərdə Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində narkotik maddələri qanunsuz dövriyyəsi ilə məşğul olan rayon sakini, 30 yaşlı Samir Kamranzadə saxlanılıb.
DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan Qanunla.Az-a verilən məlumata görə, onun üzərinə keçirilən baxış zamanı “patı” adlanan narkotik maddə olan metamfetamin aşkar edilərək götürülüb.
S.Kamranzadənin ətrafında aparılan əməliyyat tədbirləri nəticəsində onun cari ilin iyun-avqust aylarında rayon ərazisində yerləşən iki fərdi yaşayış evindən məişət əşyaları və dörd avtomobildən akkumulyator oğurladığı da müəyyən edilib.
S.Kamranzadə barəsində Bərdə RPŞ-də cinayət işi açılıb, araşdırmalar aparılır.

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki