image-qanunla-reklam
image-ezizwuwaqayitdiq13-11-2020_1605224048

Bərpa işlərindən sonra Şuşa regionun ən gözəl şəhərlərindən və istirahət bölgələrindən birinə çevriləcəkdir

image-lady-day-az

Bərpa işlərindən sonra Şuşa regionun ən gözəl şəhərlərindən
və istirahət bölgələrindən birinə çevriləcəkdir

İkinci Qarabağ müharibəsi regionda vəziyyəti dəyişdi. Müharibə bitib, növbəti səhifəyə keçmişik. Ağrını, yaraları heç vaxt unutmayacağıq. Qəhrəmanlarımızı heç vaxt unutmayacağıq. Dövlətimizin başçısı İlham Əliyev bununla yanaşı bildirir ki, biz gələcəyə də baxmalıyıq. Əraziləri yenidən qurmalıyıq. Artıq bu işlərə başlanılıb. İnfrastruktur layihələri, şəhər planlaması və yenidənqurmanın bir çox digər mühüm elementləri artıq icra olunmaqdadır.
Cənab Prezident İlham Əliyev martın 16-da Şuşaya səfəri zamanı da bu məqamı xüsusi qeyd etmişdir ki, azad edilmiş torpaqlar erməni vəhşiliyinin şahididir. Artıq işğaldan azad edilmiş torpaqların bərpası və inkişafı konsepsiyası hazırlanıb. Bu istiqamətdə dövlət tərəfindən həyata keçiriləcək tədbirlər və həmin rayonların iqtisadi potensialı ölkəyə, xüsusilə də qeyri-neft sektoruna yeni yerli və xarici investisiyaların cəlb olunmasına zəmin yaradacaq. Bərpa işlərindən sonra Şuşa regionun ən gözəl şəhərlərindən və istirahət bölgələrindən birinə çevriləcəkdir. Aparılacaq yenidənqurma işlərindən sonra burada turizmin inkişafı üçün “beş”, “dörd” və “üç” ulduzlu otellər tikiləcək. Şuşanın enerji təminatı ilə bağlı layihələrin bir hissəsi icra olunub. Artıq inşa olunmuş Şuşa yarımstansiyası fəaliyyət göstərir. Bu yarımstansiya Şuşanı dayanıqlı enerji ilə təchiz edəcəkdir.
Şuşanın bərpa olunması ilə bağlı bəzi layihələr Heydər Əliyev Fondu tərəfindən icra olunacaq. Azərbaycan dövlətinin həmişə güclü ordusu olmalıdır. bizim başqa ölkələrin torpaqları ilə işimiz yoxdur. Biz öz torpağımızda yaşamalıyıq, yaşayacağıq, düşməni öz torpağımızdan qovmuşuq, bütün bu bölgəni bərpa edəcəyik.

Səbuhi Kərimov – YAP Zərdab rayon təşkilatının aparat rəhbəri

Ərazilərimiz bərpa planına uyğun olaraq yenə də əvvəlki vəziyyətinə qayıdacaq

İşğaldanazad edilən Qarabağda erməni vandallarının illərlə törətdikləri vəhşi əməllər ürək ağrıdır. Viran qoyulan şəhər və kəndlərimiz, dağıdılan, təhqir edilən məscidlərimiz, yer üzündən silinən tarix və mədəniyyət abidələrimiz düşmənin faşist xislətindən xəbər verir, onun nə qədər barbar, vəhşi olduğunu göstərir. İşğaldan azad edilən Qarabağda erməni vandallarının illərlə törətdikləri vəhşi əməllər ürək ağrıdır. Viran qoyulan şəhər və kəndlərimiz, dağıdılan, təhqir edilən məscidlərimiz, yer üzündən silinən tarix və mədəniyyət abidələrimiz düşmənin faşist xislətindən xəbər verir, onun nə qədər barbar, vəhşi olduğunu göstərir. Erməni işğalçıları tərəfindən bütün bu dağıntılar, talan məqsədli şəkildə həyata keçirilib. Amansız düşmən Qarabağda azərbaycanlılara aid maddi-mədəni irsi viran qoymaqla, yerlə bir etməklə soydaşlarımızın bu ərazilərdəki tarixiliyinin, mədəni kimliyinin itirilməsi, silinməsi məqsədi güdüb.

Erməni silahlı qüvvələri tərəfindən ən çox dağıdılan mədəni irs nümunələri İslam dini abidələri – məscidlər, türbələr və digər inanc yerləri olub. Ermənilər məscidlərdə ev heyvanları saxlamaqla azərbaycanlılara qarşı öz nifrətlərini ifadə ediblər. İşğal olunan ərazilərdə yerləşən mədəni irsə, o cümlədən, xüsusi əhəmiyyətə malik unikal abidələrə bu cür barbarcasına münasibət, əslində, dünya irsinə qarşı yönələn təhdiddir. Amma, təəssüf ki, beynəlxalq təşkilatlar, dünya birliyi tərəfindən bu cür vəhşiliyə susqunluqla yanaşılır. İşğalçı bütün yaşayış məntəqələrimizi də vəhşicəsinə dağıdıb, salamat bir bina qoymayıb. Bütün infrastrukturu yerlə-yeksan edib. Erməni vandalizmi mağara və kurqanlardan yan keçməyib. Bir müddət bundan əvvəl düşmən dünya dövlətlərinə, havadarlarına üz tutub, azərbaycanlıların xristian məbədlərini dağıtdıqlarını bildirirdi. Əslində, əli hər yerdən üzülən işğalçı fikirləşirdi ki, bəlkə belə bir yalan, iftira ilə hansısa məqsədinə nail ola bilər. Digər tərəfdən, sözügedən xristian məbədlərinin ermənilərə heç bir aidiyyatı yoxdur. Bu abidələr əsasən qədim tarixə malik Qafqaz Albaniyası dövlətinin tarixi irsidir, başqa sözlə, Azərbaycanın əzəli maddi-mədəniyyət xəzinəsidir.

Ərazilərimiz bərpa planına uyğun olaraq yenə də əvvəlki vəziyyətinə qayıdacaq, torpaqların potensial imkanından istifadə edilməklə regional inkişaf proqramlarının uğurlu icrası daha da sürətlənəcək, Qarabağın yaraları sağaldılacaq, bu ərazilər cənnət məkana çevriləcək.

Xəyalə Veyisova – YAP Zərdab rayon təşkilatı qadınlar şurasının sədri

Novruz bayramının Şuşada qeyd olunması bütün xalqın əsl bayramı oldu

Möhtərəm cənab Prezidentimiz İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Şuşada, Cıdır düzündə Bayram tonqalı alovlandırdılar. Bu tarixi hadisə düyaya, bizim qələbəmizi, zəfərimizi istəməyənlərə bir mesaj idi. Uzun illər ərzində hər gün, hər an, hər saat sevincli, kədərli anlarımızda bir amalımız, bir arzumuz olub-gün o gün olsun ki, torpaqlarımız azad olsun, bayram tonqalımız Şuşada alovlansın. Ali Baş Komandanımızın güclü siyasəti, Azərbaycan ordusunun cəsarəti, mübarizliyi nəticəsində arzumuz çin oldu. Milli Bayramımız olan, milli-mənəvi dəyərlərimizi özündə əks etdirən Novruz bayramının Şuşada qeyd olunması bütün xalqın əsl bayramı oldu. Bu sevincli tarixi qələbəmizdə çox qürurverici payı olan ordumuzun əsgərləri torpaqlarımızın hər bir qarışı üçün canını verdi. Müaribənin gedişatı günlərində Türk televiziyasına müsahibə verən yaralı əsgərimiz müxbirin sualına belə cavab vermişdi ki, “məğlub olduqlarını bilə-bilə onlar bunu qəbul edə bilmirlər. Ermənilər bütün dünyaya elan edirlər ki, biz mülkü şəxsləri məhv edirik, halbuki onlar özləri mülkü şəxsləri, dinc insanları, körpələri öldürür, evləri dağıdır, yandırırlar. Biz əsgərik, amalımız məqsədimiz birdir. Torpaqlarımızı işğaldan azad edirik, insaları öldürmürük, biz terorçu deyilik, Azərbaycan əsgəriyik”. 44 gülük müharibədə Azərbaycan ordusunun mənəvi üstünlüyü azad etdiyi kəndin əhalisinə insani münasibətlə yanaşması idi. Bunu bütün dünya gördü.

Elyurə Məmmədova – Zərdab rayon mədəniyyət mərkəzinin direktoru

İkinci Qarabağ müharibəsində Azərbaycanın
qələbəsini şərtləndirən faktorlar

Müharibədən öncə dövlət rəhbərləri öz ordusunun imkan və qabiliyyətləri barədə xüsusi məlumatlara malik olurlar. Bundan qarşı tərəfin kəşfiyyat orqanlarının demək olar ki, məlumatı olmur. Lakin döyüşlər davam etdikcə bu gizli məlumatlar aşkara çıxır. Bununla yanaşı, xüsusi hazırlıqlı komanda tərəfindən qarşı tərəfin gündəlik fəaliyyətindən tutmuş siyasi elitasında baş verən dəyişikliklərə qədər davamlı təhlillər aparılır. Azərbaycan Respublikası Prezident Administrasiyası ilə Müdafiə Nazirliyinin mətbuat xidmətinin, eləcə də hərbi informasiya mərkəzlərinin müharibə dövründəki müştərək fəaliyyətini belə bir komandanın işinə uğurlu nümunə kimi göstərmək olar. İnformasiya cəbhəsində aparılan həmin təhlillərin nəticələri sonradan cərəyan edən hadisələrə təsirini mütləq şəkildə göstərir. Bu baxımdan Azərbaycanda yerli və xarici auditoriya üçün təqdim edilən məlumat və faktlar sayəsində informasiya müharibəsində boşluğun yaranmasına və bununla da ermənilərin əsas silahı olan saxta xəbərlərin həmin boşluğu doldurmasına imkan verilmədi. Onu da qeyd edək ki, Ermənistan hakimiyyətinin uzun illər informasiya sahəsində apardığı qismən uğurlu mübarizə də bu müharibədə tam fiaskoya uğradı. Ermənistan rəhbərliyi kapitulyasiya müqaviləsini imzaladığı gün bu ölkənin Müdafiə Nazirliyinin sözçüsü xalqı aldatdığını və bunu bilavasitə nazirliyin istəyi ilə etdiyini bildirdi və vəzifəsindən istefa verdi.
Hər döyüşün nəticəsindən, təklif edilən şərt və tələblərdən asılı olaraq dövlət rəhbərində qarşı tərəfin hansı gücə malik olması barədə fikir formalaşır. Bu fikir əsasında lider qarşı tərəfin hansı addımları atacağı barədə təxminlər edir. Məsələnin mürəkkəbliyi ondan ibarətdir ki, bütün liderlər bu prosesi bilir və ondan strateji səviyyədə istifadə etməyə çalışırlar. Ermənistan hakimiyyəti də eyni strategiyanı tətbiq etməklə öz məqsədinə çatmağa çalışırdı. Belə ki, Ermənistan cəmiyyətində uzun illər idi ki, belə bir tendensiya yaranmışdı ki, azərbaycanlılar öz torpaqlarını müharibə yolu ilə azad etməyə iddialı deyil və danışıqlar prosesinin nəticəsini gözləməyə meyillidirlər. Elə Ermənistanın baş naziri Nikol Paşinyanın qeyri-adekvat davranışları, Azərbaycan rəhbərliyi və ictimaiyyətində qıcıq doğuran davranışları buna hesablanmışdı. Paşinyanda ifrat dərəcədə özündən razılıq var idi. Lakin bu o qədər də qeyri-adi deyil. Çünki o, liderlik keyfiyyətlərindən məhrum, siyasi-tarixi biliyi məhdud, küçədən gəlmiş bir “siyasətçi” idi və öz davranışlarının belə bir fəlakətlə nəticələnəcəyini düşünmək iqtidarında deyildi.

Rəmzi Şirinov-YAP Zərdab rayon təşkilatının Gənclər Birliyinin sədri

Dünya tarixində buna oxşar vəhşilik bəlkə də olmamışdır

Ermənilərin Azərbaycan ərazisində məskunlaşma tarixi bütün dünya xalqlarına məlumdur. Onlar ərazimizin kiçik bir hissəsində çar Rusiyası tərəfindən öz məqsədləri üçün məskunlaşdırılmışdılar. Ermənilər əvvəlki, vaxtlarda bizim qonaqpərvər xalq olmağımızdan istifadə etdilər, düşmən yaxşılığa yamanlıq edərək əvvəlcədən özünü göstərmişdi. “Qoynunda ilan bəsləmək” deyimi sanki məhz onlar üçün deyilmiş ifadədir. Özlərinə yer edən mənfurlar zaman keçdikcə sözün əsl mənasında harınlayaraq daha çoxuna can atdılar. Ərazilərimizə hücum edib sözdə öz “ərazilərini” genişləndirdilər. Bu da azmış kimi yerli əhaliyə soyqırımı törətdilər. Sağ qalanları öz yurdlarından-yuvalarından didərgin saldılar, öz ocaqlarına həsrət qoydular. Bu vəhşilik deyil də nədir?! Sözlərə, cümlələrə sığmayan vəhşilikdir özü də. Qansız “millət” olan erməni mənfurları işğal altında olan ərazilərimizi  yerlə-yeksan edərək 30 il bu torpaqlarda özlərinə yaraşan şəkildə yaşamışdılar. Nə qansız, nə  mənfur, nə də düşmən sözü onları anlatmağa yetir. Çünki bu qansızlığı tam şəkildə ifadə edən bir söz yoxdur. Ağıl almaz dağıntılar yaradan işgəncələr edən, soyqırımı törədən bir varlıq nəinki millət, xalq, heç insan ola bilməz. İnsanlıqdan uzaq məxluqlar olan ermənilər etdiklərinin cəzasını min qat çəkdi. Çünki haqsız yerə tökülən heç bir qan yerdə qalmaz. Bir bunu 44 günlük “Dəmir yumruq” əməliyyatı ilə sübut etdik. İntiqamımızı aldıq, o mənfurları öz torpaqlarımızdan qovduq. Çünki biz haqq müharibəsi aparaq qalib gələn dövlətik!

Vasif Məmmədov – Vətən müharibəsi iştirakçısı

Dağıdılmış mədəni abidələr

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva 16 mart 2021-ci il tarixində Qarabağın mədəniyyət mərkəzi olan Şuşa şəhərində səfərdə olarkən Cıdır düzündə bayram tonqalı alovlandırmışdırlar. Ali Baş Komandan cənab İlham Əliyev Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrik etmiş, ordumuzun göstərdiyi şücaətdən, diplomatik uğurlarımızdan, Qarabağda aparılacaq bərpa işlərindən, qarşıda duran vəzifələrdən danışmışdır.
Cənab Prezident İlham Əliyevin çıxışında qeyd etdiyi “Şuşa indi Azaddır! Biz Şuşaya qayıtmışıq! Biz bu tarixi Qələbəni döyüş meydanında qazandıq! ” cümlələri Azərbaycanın son yüz illik tarixinin ən möhtəşəm müjdəsidir.
Ali Baş Komandan cənab İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və Leyla Əliyeva Şuşada olarkən Pənahəli Xanın sarayının qalıqlarına baxmışdırlar. Prezident bildirmişdir ki, “Şuşanı quran, Şuşanı salan Pənahəli Xanın sarayını-möhtəşəm tarixi abidəni mənfur düşmən digər tarixi abidələrimiz kimi söküb, dağıdıb“ .
Həmçinin vurğulamışdır ki, erməni vandalları tarix boyu Azərbaycan torpaqlarını zəbt edib, insanları qovub, tarixi abidələrimizi söküb, vandallıq edib, barbarlıq edib. Erməni barbarları işğal zamanı Şuşa şəhərinin mərkəzi meydanında yerləşən, XIX əsrə aid Karvansaray tarix memarlıq kompleksini də dağıdıblar. Şəhərdə erməni vəhşiliyi ilə üz-üzə qalan tikililərdən biri də Şuşa Dövlət Rəsm Qalereyasının binasıdır. Qarabağ xalçaçılıq sənəti ənənələrinin öyrənilməsi, qorunması və yaşadılması məqsədilə yaradılan Şuşa Xalça muzeyi də işğal zamanı ciddi ziyan görüb.
Cənab Prezident bildirmişdir ki, işğaldan azad edilmiş torpaqlarda tikinti-bərpa, quruculuq-abadlıq işləri aparılaraq bütün tarixi abidələrimiz əvvəlkindən də yaxşı vəziyyətə gətiriləcəkdir.

Nailə Əliyeva-Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru

Azərbaycanın əzəli şəhəri olan Şuşa gözəlliyi ilə dünyaya yenə də səs salacaqdır

Ali Baş Komandan Cənab İlham Əliyev 2021-ci il 16 mart tarixində Şuşa şəhərində səfərdə olarkən çıxışı zamanı bildirmişdir ki, erməni vandalları işğal nəticəsində bütün bina və məscidləri dağıdıb, məscidlərdə heyvan saxlayıblar. Müqəddəs abidələrimizi, su elektrik stansiyalarını dağıdıblar. Dağlıq Qarabağın qədim azərbaycanlı kəndlərindən olan Tuğ kəndini də viran ediblər. Pənahəli Xanın sarayını, digər tarix-memarlıq komplekslərini işğal zamanı dağıdıb viran ediblər.
Cənab Prezident İlham Əliyevin də dediyi ki, dünya tarixində buna oxşar vəhşiliklər bəlkə də olmamışdır. Ermənilər Azərbaycan torpaqlarına soxulub, bu torpaqlarda yaşayıb, onlara yaradılan fürsətdən istifadə edib, əhalini doğma torpaqlarından qovub-çıxarıb, öldürüb, yandırıb, soyqırım törədib. Ən acınacaqlısı isə Azərbaycanın qədim tarixi abidələrini söküb-dağıdıb, Ermənistana daşıyıb, Azərbaycan tarixini məhv etməyə çalışıblar.
Biz Prezidentimizə inanırıq, çünki Cənab İlham Əliyev həmişə xalqına verdiyi sözü yerinə yetirib. Hər bir Azərbaycan vətəndaşının Prezidenti olub və Azərbaycanın daima inkişafına, tərəqqisinə, çiçəklənməsinə nail olub. İnanırıq ki, indidə məhz Cənab Prezidentin rəhbərliyi ilə işğaldan azad edilmiş Azərbaycan torpaqları tez bir zamanda inkişaf edəcək, Azərbaycanın əzəli şəhəri olan Şuşa gözəlliyi ilə dünyaya yenə də səs salacaqdır.

Şəhla Eminova-Zərdab şəhər 1 nömrəli məktəb-liseyin direktor müavini

Qarabağ torpağı yenidən canlanacaq və gözəlləşəcək

30 ildir ki, Azərbaycan torpaqları erməni vandallarının işğalı altında idi. 27 sentyabr 2020-ci il tarixində başlayan və 44 gün sürən vətən müharibəsində Azərbaycan dədə-baba torpaqlarını cənab Prezidentimiz İlham Əliyevin düzgün siyasəti, ordumuzun şücaəti, peşəkarlığı ilə bütövləşdirdi. Hal-hazırda azad olunmuş rayonlardan yayımlanan videogörüntülər, o torpaqlara səyahət edənlərin danışdıqlarından hamıya məlum olur ki, bizim düşmənimiz necə amansız, necə qəddar, necə barbar olmuşdur. 30 ildə məskunlaşdıqları torpaqların özlərinin doğma torpağı olmadığına inandıqlarından o ərazilərdə heç bir yenidənqurma işləri aparmamış, hətta olanları belə dağıtmış, viran qoymuşdular. Cənnətməkan torpaqlarımızı xarabalığa çevirmişdilər. Allah evi sayılan məscidlərdə donuz saxlamış, tarixi abidələri, binaları dağıtmış, qəbirləri təhqir etmişdilər. Hətta istifadə etdikləri su elektrik stansiyalarını belə dağıtmışdılar. Bax bu gün dağıdılmış, məhv edilmiş, təhqir edilmiş hər bir qarış  Azərbaycan torpağı erməni vəhşiliyinin şahididir. Ermənilər bu əməlləri ilə bütün dünyaya sübut edirdilər ki, Dağlıq Qarabağ Ermənistanın yox, Azərbaycanın ərazisidir. Çünki, insan özünün olan torpağa bu qədər xaincəsinə yanaşmazdı. Ermənilər əmin idilər ki, doğru olmayan yollarla işğal etdikləri torpaqları Azərbaycan əsgərləri bir gün mütləq geri qaytaracaq. Və qaytardılar da. İndi isə Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında bu torpaqlarda yenidənqurma işləri aparılır, tarixi abidələrimiz bərpa olunur, yeni binalar tikilir. Nəticədə Qarabağ torpağı yenidən canlanacaq və gözəlləşəcək.

Vüsalə Kərimova-Zərdab şəhər 1 nömrəli məktəb-liseyin direktoru

Şuşa əzəli Azərbaycan şəhəridir

Şuşa qalası uzun illər boyu Azərbaycanın Qarabağ xanlığının paytaxtı olmuşdur. Tarixi mənbələrə görə 1750-ci ildə hündür, sıldırım dağ üstündə qalanın inşasına başlanıb və 1756-1757-ci illərdə tikilib başa çatdırılıb. Qarabağ xanı Pənah Əli xan Şuşanı paytaxt elan edib, oranı möhkəmləndirib, Qala-şəhərə çevirib.
Ümummilli lider Heydər Əliyev Şuşanın tarixi əhəmiyyətini belə səciyyələndirirdi “Şuşa Azərbaycanın ən əziz və böyük tarixi olan bir guşəsidir. Şuşanı yaradanlar, Şuşa şəhərini quranlar, Şuşa qalasını tikənlər Azərbaycan torpağının sahibləri olublar və Qarabağda Azərbaycan torpağının daim qorunması, saxlanması üçün Şuşa şəhərini, qalasını yaradıblar. Bu, Azərbaycan xalqının, əcdadlarımızın yaratdığı böyük abidədir, təkcə şəhər deyil, böyük bir tarixi abidədir”.
Şuşa Azərbaycanın unikal mədəniyyət mərkəzlərindən, təbiigözəllikləri ilə seçilən milli memarlığımızın və orta əsrlər şəhərsalma sənətinin qiymətli abidəsidir.
Milli-mənəvi dəyərlərimizi və musiqi ənənələrimizi daim  yaşadan Şuşa mühüm iqtisadi, siyasi və mədəni əhəmiyyətə malik şəhər kimi təşəkkül tapanadək zəngin yol keçib, Qarabağ xanlığının mərkəzi olmaqla xalqımızın həyatında özünəməxsus rol oynayıb.
28 il erməni vandallarının işğalı altında olan Şuşanın 08.11.2020-ci ildə azad edilməsi Azərbaycanın möhtəşəm qələbəsidir. Şuşanın azadlığa qovuşması müzəffər Azərbaycan ordusunun şücaəti, xalqımızın birlik ruhunun möhkəmliyi, şəhidlərimizin qanı bahasına, cənab Ali Baş Komandan İlham Əliyevin uzaqgörən siyasəti, əzmkarlığı hesabına baş verdi.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “İyirmi səkkiz il yarım işğal altında olan Şuşa azad edildi! Şuşa indi azaddır! Biz Şuşaya qayıtmışıq! Biz bu tarixi Qələbəni döyüş meydanında qazandıq” cümlələri Azərbaycanın son yüz illik tarixinin ən möhtəşəm müjdəsidir. Qələbə xəbərinin elan edilməsindən öncə dövlət başçısının ümummilli lider Heydər Əliyevin ruhu önündə nümayiş etdirdiyi ehtiram, məhz Ulu öndərin vəsiyyətini yerinə yetirdiyini deməsi Azərbaycanın həm də dövlətçilik prinsiplərinə sahib olduğunu göstərdi.
Bu torpaqların əsl sahibləri isə bu gün həmin ərazilərdə yollar çəkir, binalar tikir, qurur, yaradır, layihələr həyata keçirir, insanların firavan gələcəyini təmin etmək üçün işlər görür. Artıq torpaqlarımıza Böyük qayıdış başlayıb və möhtəşəm quruculuq işlərinə, o cümlədən Ölkə Prezidenti tərəfindən Azərbaycanın mədəniyyət paytaxtı elan edilən Şuşanın bərpası və tarixi simasının özünə qaytarılması istiqamətində işlərə də start verilib.
Azərbaycan rəhbəri Qələbə sevinclərinin Novruz şənliklərinə qovuşduğu müqəddəs bir məqamda bir daha dünyaya bəyan etdi ki, Qarabağın, onun tacı olan bu şəhərinə əzəli sahibləri əbədi qayıdıblar.
Biz əminik ki, ümummilli lider Heydər Əliyevin layiqli davamçısı Prezident İlham Əliyevin rəhbərliyi ilə bütün dünyaya örnək olacaq səviyyədə xalq-iqtidar birliyinə nail olmuş, sülhün və əmin-amanlığın hökm sürdüyü məkana çevrilmiş, iqtisadi göstəricilərinə, vətəndaşlarının rifah halına görə günbəgün qüdrətlənən Azərbaycan dövləti Vətən müharibəsində qazandığı şanlı Qələbənin ruhu və ovqatı ilə daha da qüdrətlənəcək, parlaq sabahlara, zəfərlərə daha əzmlə, inamla addımlayacaqdır.

Könül Rəhimova- Zərdab rayon Heydər Əliyev Mərkəzinin direktoru

 

Azərbaycan ordusunun mənəvi üstünlüyü

Əsrlər boyu qəhrəmanlıq salnamələri yaradan xalqımız hər zaman cəsurluğu və mərdliyi ilə tarixdə şanlı izlər buraxmışdır. Belə bir deyim var: Ordun varsa, yurdun var. Həqiqətən də güclü, nizami ordu dövlətçiliyin qarantı, gələcəyin təminatıdır.
Ali Baş Komandan İlham Əliyev hər zaman ordumuzun hərbi potensiala malik olması ilə yanaşı Azərbaycan əsgərinin mənəvi keyfiyyətləri olduğunu bildirirdi. Hərbi təlimlərdə və paradlarda bizim texnikalarımız nümayiş etdirilir. Amma, bizim ən böyük gücümüz əsgərlərimizin cəsarəti, vətənpərvərliyidir.
Azərbaycan ordusu bu gün nəinki bölgədə, dünya miqyasında güclü ordular sırasındadır, həm hərbi potensialına, həm də döyüş qabiliyyətinə görə. Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın güclü ordusu formalaşdırılmışdır. Ölkənin iqtisadi qüdrətinin artması ordu quruculuğuna müsbət təsir göstərmişdir. Müdafiə xərclərinə ayrılan vəsait nəticəsində yüksək döyüş qabiliyyətli, müasir silah-sursatla təmin olunmuş ordu yaradıldı.
Azərbaycan ordusu bu gün dünyanın ən güclü orduları sırasındadır. Əsgərlərimizin rəşadəti, döyüş ruhu, vətənpərvərlik hissi nəticəsində qısa müddətdə düşmən məhv edildi, tarixi ərazilərimiz yadelli tapdağından azad olundu.
Texniki üstünlüklərlə yanaşı ordumuz mənəvi üstünlüklərə də malikdir. Vətən müharibəsində düşmənin təxribatlarına ancaq döyüş meydanında müharibə qaydalarına uyğun olaraq cavab verməklə onu yerində oturmağa məcbur etdi və ən əsası öz doğma torpaqları uğrunda vuruşan Azərbaycan əsgərinin qalib gəlmək əzmi, ədaləti bərpa etmək istəyi bu mübarizədə ən vacib məqamlardan biri oldu.
Milli Ordumuz güvən yerimiz, qürur mənbəyimizdir.

Mayisə Xəlilova-Dəkkəoba kənd tam orta məktəbin direktor müavini

Erməni vandalizminin nəticələri

Azərbaycan tolerantlıq və multikulturalizm ünvanı kimi dünyada özünü çoxdan təsdiq edib. Bu gün də Prezident İlham Əliyev tərəfindən həyata keçirilən siyasət humanizm ənənələrinə, milli-mədəni irsin qorunub saxlanmasına, ölkədə yaşayan bütün xalqların, etnik və hüquq azadlıqlarının, dini etiqad azadlığının təmin olunması prinsipinə əsaslanır.
Çox təəssüflər olsun ki, iki əsrdən artıqdır ki, Azərbaycan xalqına qarşı davam edən erməni təcavüzünün qurbanları həm də tarixi-dini abidələr, müqəddəs ocaqlar və məbədlərdir. Azərbaycanın işğal edilmiş ərazilərində tarixi dini abidələrimizə qarşı erməni vandalizmi həyata keçirilib. Ermənistan yalnız xain qonşu deyil, həm də barbardır. Bu barbarlar işğal altında olmuş Azərbaycan ərazilərində bütün mədəni və tarixi irsimizi məhv edərək ekoloji cinayət törətmişlər. Təcavüzkar dövlətin bu cür vandal əməllərə əl atmaqda əsas məqsədi bizim minilliklər ərzində yaşadığımız torpaqlarda həm tarixi keçmişimizi, həm də mənəvi yaddaşımızı məhv etməkdir.
Hərb cəbhəsində uğursuzluğa məruz qalan erməni silahlı birləşmələri mülki yaşayış yerlərinə, Gəncə şəhərinə, Bərdə, Goranboy, Ağcabədi, Tərtər, Ağdam, Füzuli, Beyləqan rayonlarına atılan raket və top mərmiləri nəticəsində bir sıra tarixi-dini abidələrə də xeyli zərər yetirmişdir.
Ermənistan tərəfindən Azərbaycan xalqının mədəni irsinin məhv edilməsinə yönəlmiş, beynəlxalq sənədlərdə bəşəri cinayət kimi qiymətləndirilən bu əməllər bütün bəşər mədəniyyətinə qarşı təcavüzdür. Çünki  Azərbaycan xalqının məhv edilmiş qədim, əvəzolunmaz qiymətli mədəni sərvətlərinin, abidələrinin qiymətini təyin etmək praktiki olaraq mümkün deyildir. Ermənistan cinayətlərinə, təbiətə, dinc əhaliyə, mülki infrastruktura vurduğu ziyana görə mütləq cavab verməli olacaqdır.

Vəfa Bayramova-Zərdab rayon Həsən bəy Zərdabi muzeyinin direktoru

Azərbaycan Respublikasının Prezidenti Ali Baş Komandan
İlham Əliyev işğaldan azad edilmiş ərazilərə səfərləri və orada
səsləndirdiyi fikirlər dünya ictimaiyyətinə siyasi mesajdır

Hərbi əməliyyatların bitməsindən sonra Prezident İlham Əliyevin mütəmadi olaraq işğaldan azad edilmiş rayonlara səfər etməsi dövlət başçısının bu məsələlərə nə dərəcədə həssas yanaşdığının sübutudur.
Prezident İlham Əliyevin Qarabağa hər səfəri Böyük Qayıdışı sürətləndirən addımlarla yadda qalır. Cənab Prezident, Ali Baş Komandan İlham Əliyevin işğaldan azad olunmuş rayonlara davamlı səfərləri xalqımız tərəfindən böyük ruh yüksəkliyi ilə qarşılanır. Sahibinə qayıdan torpaqlarımızda yeni həyat başlayır. 30 ilə yaxın dövrdə erməni vandalizminə məruz qalan ərazilərimizdə tezliklə məskunlaşmanın şahidi olacağıq. Dövlət başçımızın öz xanımı ilə havasından hələ barıt qoxusu çəkilməmiş, hər addımına minalar basdırılmış ərazilərə səfəri bir çox yöndən xüsusi önəm daşıyır. Bu səfər riskli olması ilə yanaşı, düşmən üzərində qalibiyyət təntənəsi sərgiləyir və mahiyyət baxımından tarixi əhəmiyyət daşıyır. Azərbaycanın qalib Ali Baş Komandanı İlham Əliyev dünya birliyinə və Azərbaycan cəmiyyətinə günümüzün bir sıra mühüm mesajlarını məhz azad edilmiş torpaqlarımızda, xalqımızın misilsiz Qələbəsi zirvəsindən səsləndirir. Bu səfərlər, eyni zamanda, Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın Azərbaycanın milli-mənəvi dəyərlərinə, tarixi abidələrinə xüsusi önəm vermələrinin göstəricisidir.
İşğaldan azad edilmiş məntəqələrdə olarkən Prezident İlham Əliyev ermənilərin müdhiş vəhşiliklərinə qəzəblənərək onların hər yeri və şeyi dağıtdıqlarını, viran qoyduqlarını, beynəlxalq ictimaiyyətin isə illər uzunu bu vandallığa seyrçi və laqeyd yanaşmasını bütün kəskinliyi ilə ittiham edir. Azərbaycan rəhbəri Ermənistanın işğal edilmiş ərazilərimizdə törətdiyi kütləvi dağıntılara, o cümlədən, Kəlbəcərdə və Ağdamda məğlubiyyət ağrısından quduzlaşmış ermənilərin son günlərdə elədikləri murdar əməllərə görə mütləq cavab verəcəklərini söyləyib.
Ölkə rəhbərinin də qeyd etdiyi kimi, işğaldan azad edilmiş bütün ərazilərdə əvvəlkindən də yaraşıqlı, müasir şəhər, qəsəbə və kəndlər salınacaq, dağıdılmış bütün obyektlər bərpa ediləcək.

Cavid Məmmədov – fəal gənc


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki