image-970_50
image-180430108_302166851536299_1509750118269371515_n

Zərdab rayon Heydər Əliyev Mərkəzində “Bəşəriyyətin Nizami dühasından bəhrələnməyə çox böyük ehtiyacı var” dair videokonfrans keçirilib-FOTOLAR

image-728_90
Zərdab rayon Heydər Əliyev Mərkəzində “Bəşəriyyətin Nizami dühasından bəhrələnməyə çox böyük ehtiyacı var” dair videokonfrans keçirilib.
30 aprel 2021-ci il tarixdə Ağdaş Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən Zərdab rayon Heydər Əliyev Mərkəzinin təşkilatçılığı ilə Prezident İlham Əliyevin Azərbaycan Respublikasında 2021-ci ilin “Nizami Gəncəvi ili” elan edilməsi haqqında sərəncamına uyğun olaraq “Bəşəriyyətin Nizami dühasından bəhrələnməyə çox böyük ehtiyacı var” mövzusunda videokonfrans keçirildi.
Zərdab rayon Heydər Əliyev Mərkəzinin, Zərdab rayon Müşfiq Hacıyev adına Bıçaqçı kənd tam orta məktəbinin birgə təşkilatşılığı ilə keçirilən videokonfransda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) Ucar bölgəsi üzrə şöbəsi, Zərdab şəhər 1 saylı məktəb-liseyi və Bıçaqçı kənd tam orta məktəbinin müəllim və şagird kollektivi iştirak etdi.
Videokonfransı Zərdab rayon Heydər Əliyev Mərkəzinin direktoru Könül Rəhimova açaraq onlayn tədbir iştirakçılarını salamladı. “Bəşəriyyətin Nizami dühasından bəhrələnməyə şox böyük ehtiyacı var” mövzusunda geniş məruzə ilə çıxış edən Könül xanım Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə 2021-ci ilin Azərbaycanda “Nizami Gəncəvi ili” elan edilməsi bütün xalqımızda böyük ruh yüksəkliyinə səbəb olduğunu xüsusi vurğuladı. Sərəncamın dahi şair və mütəfəkkir Nizami Gəncəvinin anadan olmasının 880 illiyi ərəfəsində bəşəri əhəmiyyət kəsb etdiyini qeyd etdi.
Könül xanım çıxışında bildirdi ki, xalqımızın ümummilli lideri Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi bütün dövrlərdə Azərbaycan mədəniyyətinin, milli-mənəvi dəyərlərimizin təbliğinə və inkişafına həmişə xüsusi önəm verərək bu istiqamətdə nəinki respublikamızda, eləcə də beynəlxalq səviyyədə möhtəşəm layihələrin reallaşması üçün böyük səylər göstərib. Heydər Əliyev illər əvvəl deyib: “Milli dəyərlərimizi, ənənələrimizi yaxşı bilməyən, tariximizi yaxşı bilməyən gənc vətənpərvər ola bilməz. Hər bir gənc vətənpərvər olmalıdır. Vətənpərvərlik böyük bir məfhumdur. Bu sadəcə orduda xidmət etmək deyil. Vətənə sadiq olmaq, vətəni sevmək, torpağa bağlı olmaq budur vətənpərvərlik”.
Bıçaqçı kənd tam orta məktəbinin müəlliməsi Jalə Kərimli çıxışında Ulu Öndərin ibrətamiz fikrini tədbir iştirakçılarının diqqətinə çatdırıb: “Öz dilini bilməyən, öz dilini sevməyən adam öz tarixini yaxşı bilməz… Azərbaycan ədəbiyyatını, ana dilini bilməyən gənc Nizamini oxuya bilməz, Füzulini oxuya bilməz, Sabiri oxuya bilməz, Cəlil Məmmədquluzadəni oxuya bilməz… Əgər onları oxuya bilməsə, bizim mədəniyyətimizi bilməyəcək, mədəni köklərimizi bilməyəcək, milli-mədəni ənənələrimizi bilməyəcək. Onları bilməsə, vətənpərvər olmayacaq, onda milli vətənpərvərlik duyğuları, hissiyyatı olmayacaqdır”.
Jalə xanım əlavə edib ki, məhz bu nöqteyi-nəzərdən Azərbaycan Prezidenti 2021-ci ili “Nizami Gəncəvi ili” elan etməsi tarixi bir hadisədir. Bu gün hər bir Azərbaycan vətəndaşı vətənpərvərlik hissi ilə yaşamalı, vətənin hər bir çağırışına hər an hazır olmalıdır.
Videokonfransda Bıçaqçı kənd tam orta məktəbinin Tədris işləri üzrə müavini Xamiz Qurbanov , Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) Ucar bölgəsi üzrə şöbəsinin əməkdaşı Sədi Hüseynov və digərləri çıxış edərək bildirdilər ki, Heydər Əliyevlə başlanan ənənələr Ulu Öndərimizin özü qədər inandığı və gələcəyinə böyük ümidlər bəslədiyi Prezident İlham Əliyev tərəfindən bu gün uğurla davam etdirilir. 2021-ci ilin “Nizami Gəncəvi ili”, işğaldan azad olunmuş Şuşanın isə Azərbaycanın mədəniyyət paytaxtı elan edilməsi və dövlətimizin başçısının çıxışlarında milli-mənəvi dəyərlərimizə xüsusi diqqət yetirməsi Heydər Əliyev siyasətinin uğurlu davamının göstəricisidir.
Prezident İlham Əliyevə görə Azərbaycanın zəngin və təkrarolunmaz mədəniyyəti bizim qürur mənbəyimizdir. Biz öz mədəniyyətimizi, mədəni irsimizi qorumalıyıq. Əsrlər boyu xalqımız öz mədəniyyətini qoruyub və bu imkan verib ki, biz xalq kimi, millət kimi milli-mənəvi dəyərlərimizi, milli mədəniyyətimizi qoruya bilək.
Zərdab rayon 1 saylı məktəb-liseyin və Bıçaqçı tam orta məktəbinin şagirdlərinin ifasında Nizami yaradıcılığında vətənpərvərlikdən yoğurulan misraların səslənməsi videokonfrans iştirakçılarının böyük marağına səbəb oldu.
Videokonfransda Zərdab rayon Heydər Əliyev Mərkəzində hazırlanıb nümayiş olunan “Nizami Gəncəvi-880” başlıqlı sərgi təqdim olundu.
Bir 2 nəfər, ayaqüstə duran insanlar və bunu deyən yazı "Elsavar Imanov Jala Karimli" şəkili ola bilər
Bir 2 nəfər və mətn şəkili ola bilər
Bir 2 nəfər şəkili ola bilər
Bir 1 nəfər və mətn şəkili ola bilər
Bir 3 nəfər və mətn şəkili ola bilər
Bir 3 nəfər və mətn şəkili ola bilər
Bir 4 nəfər və mətn şəkili ola bilər
Bir 4 nəfər və mətn şəkili ola bilər
Bir 4 nəfər və mətn şəkili ola bilər
Bir 4 nəfər və mətn şəkili ola bilər
Bir 2 nəfər şəkili ola bilər
Bir 3 nəfər, uşaq və mətn şəkili ola bilər
Bir 4 nəfər və mətn şəkili ola bilər
Bir 2 nəfər və mətn şəkili ola bilər
Bir 3 nəfər və mətn şəkili ola bilər
Bir 4 nəfər və mətn şəkili ola bilər
Bir 3 nəfər şəkili ola bilər
Bir 4 nəfər və mətn şəkili ola bilər
Bir 2 nəfər şəkili ola bilər
Bir 1 nəfər və bunu deyən yazı "5:12 a Heydar aliyev Markazi Zardab" şəkili ola bilər
Bir 4 nəfər və mətn şəkili ola bilər
Bir 4 nəfər və mətn şəkili ola bilər
Bir 1 nəfər və uşaq şəkili ola bilər
Bir 2 nəfər şəkili ola bilər
Bir 2 nəfər şəkili ola bilər
Bir 2 nəfər şəkili ola bilər
Bir 2 nəfər, ayaqüstə duran insanlar və bunu deyən yazı "Elsavar Imanov Jala Karimli" şəkili ola bilər
image-728_90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki