image-qanunla-reklam
image-1637148570000

Beyləqan rayon Heydər Əliyev Mərkəzində 17 Noyabr- Milli Dirçəliş gününə həsr olunmuş “Dirçəliş milli azadlıq hərakatının başlanğıcı” adlı dəyirmi masa keçirildi

image-lady-day-az

17 Noyabr 2021-ci il tarixində Kürdəmir Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən Beyləqan rayon Heydər Əliyev Mərkəzində 17 Noyabr- Milli Dirçəliş gününə həsr olunmuş “Dirçəliş milli azadlıq hərakatının başlanğıcı” adlı dəyirmi masa keçirildi. Keçirilən tədbirdə Tarix Diyarşünaslıq müzeyinin direktoru, mətbuat nümayəndələri, rayon peşə məktəbinin, dörd saylı orta məktəbin müəllimələri eləcədə mədəniyyət müəssisəsinin bir qrup nümayəndələri iştirak etdilər. Tədbirdə əvvəlcə xalqımızın ümummilli lideri Heydər Əliyevin və ölkəmizin müstəqilliyi, ərazi bütövlüyü uğrunda şəhid olan vətəndaşlarımızın xatirəsi bir dəqiqəlik sükutla yad edildi, Dövlət himni səsləndirildi.
Tədbiri giriş sözü ilə Heydər Əliyev Mərkəzinin direktoru bildirdi ki, inkişaf strategiyası dahi rəhbər Heydər Əliyev tərəfindən yaradılan dövlətimizin taleyi etibarlı əllərdədir. Ümummilli Liderin layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyev ölkəmizi gələcəyə yeni uğurlara inamla aparır. Böyük tarixə malik xalqımızın Dirçəliş Günü milli həmrəyliyin, demokratiyanın, dövlət müstəqilliyimizin qorunması uğrunda mübarizənin təntənəsidir. Ulu öndər Heydər Əliyev siyasi kursunun layiqli davamçısı olan möhtərəm  Prezidentimiz cənab İlham Əliyevin apardığı uğurlu siyasət nəticəsində müstəqil Azərbaycan dövlətinin bayrağı daha da yüksək zirvələrdə dalğalanacaqdır.
Daha sonra Tarix Diyarşünaslıq müzeyinin direktoru Mehriban İsgəndərəova, Azərbaycan Yazıçılar Birliyinin Beyləqan Bölməsinin sədri Fazil Əsəd, “Novator” qəzetinin redaktoru Rövşən Budaq, şəhər dörd saylı orta məktəbin müəlliməsi Nazilə Quliyeva və digər çıxış edənlər bildirdilər ki, varlığı ilə Vətəni Azərbaycana, xalqına bağlı olan Heydər Əliyevin müdrik siyasi və dövlət xadimi kimi uzun illər boyu Azərbaycan xalqına yol göstərəcəkdir.

image-1637148604555

image-1637148570000

image-1637148604555 image-1637148570000 image-1637148592469


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki