image-qanunla-reklam
image-219338585_560262608330031_659492978320110415_n

Beyləqan rayon Heydər Əliyev Mərkəzində 22 İyul Milli Mətbuat gününə həsr olunmuş dəyirmi masa keçirildi-FOTO

image-lady-day-az

22 iyul 2021- ci il tarixdə Kürdəmir Regional Mədəniyyət idarəsinin tabeliyində fəaliyyət göstərən Beyləqan rayon Heydər Əliyev Mərkəzində 22 İyul Milli Mətbuat gününə həsr olunmuş dəyirmi masa keçirildi . Keçirilən tədbirdə Beyləqan rayon Ağsaqqallar şürasının sədri Etibar İmanov, AYB-nin üzvü, AJB-nin üzvü, “Qurtuluş” qəzetinin təsiscisi və baş redaktoru,Hərgün nöqtə az saytının rəhbəri, Prezident təqaüdçüsü,Həsən Bəy Zərdabi birliyinin mükafatçısı Elman İsrafiloglu , “Qurtuluş” qəzetinin redaktoru AJB-nin üzvü, “Qızıl qələm” media mükafatı laureatı Binət Əliyev, AYB Beyləqan Bölməsinin sədri Fazil Əsəd, AYB-nin üzvü,”Qurtuluş” qəzetinin şöbə müdiri,YAP Beyləqan rayon təşkilatının məsləhətçisi, “Qızıl qələm” media mükafatı laureatı Sabit Mehdiyev, AYB-nin Beyləqan bölməsinin Mətbuat katibi, şair, “Novator” qəzetinin redaktoru Rövşən Budaqov və başqaları eləcədə mərkəzin əməkdaşları iştirak etdilər . Tədbir iştirakçıları ilk öncə xalqımızın ümummilli lideri Heydər Əliyevin abidəsi önünə gələrək onun xatirəsini ehtiramla yad etmiş, abidənin önünə güllər düzmüşlər.
Tədbiri giriş sözü ilə Heydər Əliyev Mərkəzin direktoru Xəyalə Kərimova açaraq jurnalistləri peşə bayramları münasibətilə təbrik edərək bir xalqın tərəqqisini, xüsusilə də milli şüurunun inkişafını mətbuatsız təsəvvür etməyin çətin olduğunu diqqətə çatdırdı. Natiq davamlı olaraq tərəqqidə olan mətbuatın inkişafını şərtləndirən başlıca amil kimi ölkəmizdə yaradılmış demokratik mühit, söz və ifadə azadlığının təmin olunması, plüralizm və ən əsası mətbuata göstərilən dövlət qayğısını vurğuladı. Kərimova qeyd etdi ki,Ümummilli Lider Heydər Əliyevin senzuranı ləğv etməsini mətbuatın inkişafını sürətləndirməklə yanaşı, bu sahənin sağlam təməllər üzərində dayanması, mətbuatın zəngin  və şərəfli tarixinə layiq fəaliyyət göstərməsinə güclü stimul yaratdı. Prezident İlham Əliyevin mətbuatın tərəqqisini daim diqqətdə saxlaması bu sahənin inkişafına əsaslı təsir göstərməklə yanaşı həm də mətbuatın fəaliyyətində hər kəsin üzərinə məsuliyyət qoyduğunu qeyd etdi.
Daha sonra tədbirdə Beyləqan rayon Ağsaqqallar şürasının sədri Etibar İmanov, “Qurtuluş” qəzetinin təsisçisi və baş redaktoru, Elman İsrafiloğlu və başqalarının çıxışları ilə davam etdirildi.

Açıklama yok.

Açıklama yok.

Açıklama yok.

Açıklama yok.

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki