image-qanunla-reklam
image-204214142_279583310613181_768909576987820522_n

Beyləqan rayon Heydər Əliyev Mərkəzində 26 İyun Silahlı Qüvvələr Gününə həsr olunmuş ” Güclü ordu, güclü dövlət” adlı elmi-praktik konfrans keçirildi

image-lady-day-az

Kürdəmir Regional Mədəniyyət İdarəsinin tabeliyyində fəaliyyət göstərən Beyləqan rayon Heydər Əliyev Mərkəzində 26 İyun Silahlı Qüvvələr Gününə həsr olunmuş ” Güclü ordu, güclü dövlət” adlı elmi-praktik konfrans keçirildi. Keçirilən tədbirdə birinci Qarabağ müharibəsinin qaziləri, 44 günlük Vətən müharibəsində həlak olmuş Şəhidlərin anaları və doğmaları, qazilərimiz eləcədə rayon ümummtəhsil məktəblərinin müəllimləri, rayon mədəniyyət müəssisələrinin bir qrup nümayəndələri iştirak etdilər. Tədbirdən öncə torpaqlarımızın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Tədbiri giriş sözü ilə Beyləqan rayon Heydər Əliyev Mərkəzinin direktoru Xəyalə Kərimova açaraq bildirdi ki, 30 illik həsrətdən sonra, Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında şanlı ordumuz Ermənistanın təxribatlarının qarşısını almaq, ərazi bütövlüyümüzü bərpa etmək üçün sentyabr ayının 27-dən etibarən zəfər yürüşünə başladı. Hərbi əməliyyatlar nəticəsində Azərbaycan ordusu Ermənistanın silahlı qüvvələrini darmadağın edərək uzun illərdən bəri düşmən tapdağında olan tarixi dədə-baba torpaqlarımızı işğaldan azad etdi. Beləliklə də, 44 gün ərzində davam edən Vətən müharibəsində Ali Baş Komandanın rəhbərliyi ilə ordumuz bütün dünyaya öz qüdrətini, gücünü nümayiş etdirdi.Ulu öndər Heydər Əliyev siyasi məktəbinin varisi və layiqli davamçısı Prezident İlham Əliyevin yürütdüyü uğurlu siyasət, müzəffər ordumuzun gücü və xalqın birliyi sayəsində Azərbaycan zəfər qazandı. Bu zəfər həm də, Vətən müharibəsində 3 minə yaxın şəhid olmuş Silahlı Qüvvələrimizin hərbi qulluqçularının qanı bahasına qazanıldı.
Daha sonra çıxış edən Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin sədri Rövşən NamazƏliyev bildirdi ki, Azərbaycan 44 günlük Vətən müharibəsində böyük tarixi Qələbə qazandı. Və bu Qələbə bütün dünyaya Azərbaycan dövlətinin və xalqının nəyə qadir olduğunu bir daha göstərdi.
Bu gün fəxrlə söylədiyimiz həmin şanlı Qələbəni Azərbaycan Ordusunun, əsgər və zabitlərimizin yüksək peşəkarlığı sayəsində əldə etdik. Bizlər də vətəndaş olaraq torpaqlarımızın hər bir qarışının işğaldan azad edilməsi üçün canından, qanından keçən şəhidlərimizlə, qazilərimizlə, Azərbaycan Ordusunun əsgər və zabitləri, hərbçiləri ilə fəxr edir, qürur duyuruq.
Sonra isə Şəhidlərin doğmaları, ailə üzvləri bildirdilər ki, şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə ölkə prezidenti cənab İlham Əliyevə və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya öz dərin minnətdarlıq və təşəkkürlərini bildirdilər.
Daha sonra çıxış edənlər Soltanbud kənd tam orta məktəbin müəllimi Məhəbbət Məmmədov, Beyləqan rayon 3 nömrəli tam orta məktəbin psixoloqu Gülmira Məmmədova, və bir qrup Vətən müharibəsində iştirak edən gənclərimiz öz çıxışlarında bildirdilər ki, Vətən müharibəsində qəhrəmanlıq göstərərək şəhidlik zirvəsinə ucalan qəhrəman şəhidlərimizi yad etmək, xatirələrini əziz tutmaq hər birimizin mənəvi borcudur. Vətən üçün canını fəda edən Vətən oğulları hər zaman bizim qəlbimizdə yaşayacaq.
Sonra isə Mərkəzin əməkdaşı tərəfindən hazırlanan 44 günlük Vətən müharibəsinə həsr olunmuş “Qalib ölkənin Qalib vətəndaşlarıyıq” adlı film nümayiş etdirildi.

Açıklama yok.

Açıklama yok.

Açıklama yok.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki