image-qanunla-reklam
image-1628768718993

Beyləqan rayon Heydər Əliyev Mərkəzində Dünyamalılar kənd şəhidlərinin ailələri və doğmaları ilə görüş keçirildi-FOTO

image-lady-day-az

12 Avqust tarixində Kürdəmir Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən Beyləqan rayon Heydər Əliyev Mərkəzində Dünyamalılar kənd şəhidlərinin ailələri və doğmaları ilə görüş keçirildi. . Keçirilən tədbirdə şəhid ailələri, rayon Ağsaqallar Şurasının sədri, mətbuat nümayəndələri, rayon mədəniyyət mərkəzinin rəhbərliyi, tarix müəllimləri, Gənclər mərkəzinin əməkdaşları eləcədə mərkəzin əməkdaşları iştirak etdilər .Tədbirdən öncə Azərbaycanın ərazi bütövlüyü və düşmən tapdağındakı torpaqlarımızın işğaldan azad olunması uğrunda Vətən müharibəsində qəhrəmancasına döyüşərək şəhidlik zirvəsinə ucalan Vətən övladlarının əbədiyaşar əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş sözü ilə Beyləqan rayon Heydər Əliyev Mərkəzinin direktoru açaraq bildirdi ki, 44 günlük ağır müharibədə yalnız irəli gedən, hər gün yeni kəndlər, yaşayış məntəqələrini işğaldan azad edən, çiyinlərində yaralılarını, şəhidlərini Qələbə zirvəsinə daşıyan mərd, yenilməz Azərbaycan xalqı, qəhrəman, məğrur, başı uca şəhid anası fenomeninə şahidlik edib. Azərbaycanın şanlı Qələbə tarixini qanları ilə yazan, torpaqlarımızın azadlığı uğrunda canını qurban verən Azərbaycanın qəhrəman oğullarının qanı yerdə qalmayıb. İşğaldan azad olunan torpaqlarımızda şanlı Azərbaycan bayrağının qürurla dalğalanması bu gün hamımızın ən böyük təsəllisidir. Azərbaycan qadını 44 günlük şərəf mübarizəsində bütün dünyaya sübut edib ki, Azərbaycan anası Vətənə layiq necə igid oğullar yetişdirə bilirlər. Bu mərd, şücaətli övladlara görə bütün valideynlərə bir daha təşəkkür edilib, onlara Allahdan səbir dilənib.

Daha sonra çıxış edənlər vurğuladılar ki, Azərbaycan son 30 ildə olduğu kimi, Vətən müharibəsindən sonra da Azərbaycanın müstəqilliyi uğrunda canını fəda etmiş şəhidlərimizin ailələrinə və müharibə iştirakçısı olmuş şəxslərə diqqət və qayğı ölkəmizdə yüksək səviyyədədir. Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın müvafiq göstərişlərinə əsasən dövlət qurumları bu kateqoriyadan olan insanların problemləri ilə yaxından maraqlanır, problemlərinin aradan qaldırılması üçün mütəmadi olaraq tədbirlər həyata keçirilir. Çıxış edən şəhid valideynləri xalqımıza qələbə sevincini yaşadan qəhrəman oğulların əməyini qiymətləndirdiyi və şəhid ailələrinə göstərdiyi diqqət və qayğıya görə Prezident İlham Əliyevə təşəkkür ediblər.

image-1628768545046 image-1628768718993 image-1628768497349 image-1628768444660


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki